Farfan aliment verməkdən imtina etdi, həbs olundu

Farfan aliment verməkdən imtina etdi, həbs olundu
XƏBƏR 7 Oktyabr 2010 / 14:46 1806
-  A +

Almaniyanın “Şalke” klubunun futbolçusu Cefferson Farfan həbs edilib. Qol.Az-ın məlumatına görə, Perunun paytaxtı Lima şəhərində saxlanılan futbolçu aliment ödəməkdən yayınmaqda ittiham olunur. Buna onun keçmiş sevgilisi Melissa Kluqun 2 yaşlı oğlu üçün aliment tələb etməsi səbəb olub. Məhkəmə Farfanın gəlirinin 30 faizini, yəni 2 milyon avro məbləğin Melissaya ödənməsi haqqında qərar çıxarsa da, futbolçu bunu ödəməkdən imtina edib. Məhz bu üzdən həbsə girən Farfanın oktyabrın 17-də Almaniya çempionatının növbəti turu çərçivəsində “Ştutqart”a qarşı oyunda meydana çıxması da sual altına düşüb.

Daha çox


Son xəbərlər