“Qələbə qazandığımız oyunun heyətindən 11 futbolçunu növbəti matçda əsas heyətdə görə bilmək yaxşı işarədir. Oktyabrın 1-də “Simurq”la rəqib meydanındakı oyun zamanı bizdə də vəziyyət elə bu cür idi. “Qarabağ”la oyunda biz 3 dəyərli xal qazanmışdıq. Eyni zamanda bizim əlavə zədə və cəza problemimiz də yox idi. Həm Saşa Yunisoğlu, həm də Nodar Məmmədov “Qarabağ”la oyundan dərhal sonra 3 günlük Azərbaycan milli komandasının Bakıdakı düşərgəsinə getdilər və hər ikisi oradan yaxşı formada qayıtdılar. Görünürdü ki, bu məşqlər onlara müsbət təsir edib. Biz də heç bir futbolçunun zədə almaması üçün oyun qabağı məşqlərdə çox ehtiyatla işləyirdik”. Qol.Az-ın məlumatına görə, bu sözləri “Qəbələ”nin baş məşqçisi Toni Adamsın əsas köməkçisi Qari Stivens klubun rəsmi saytına açıqlamasında söyləyib.
Son turun “Simurq”la səfər oyununa texniki baxış keçirən mütəxəssis 2 cavabsız qolla qələbə qazandıqları oyun barədə daha sonra bunları söyləyib: “Turnir cədvəlinin aşağısında olsa da, “Simurq”un yaxşı vəziyyətdə olduğunu hiss edirdik və bir həftə əvvəl onların “Muğan”la oyununa da baxmışdıq. Bu mövsümün əvvəlində “Turan”la 2:2 hesablı ev oyunu da daxil olmaqla, “Simurq”un bir neçə əlavə oyununa da DVD-də baxmışdıq. Oyunun ilk yarısında vəziyyət meydanın mərkəzində üstünlüyü əlində saxlayan “Simurq”da idi. Qoqa Berayanın tez zədələnməsi vəziyyəti çətinləşdirdi və biz onu Abdulkader Kamara ilə əvəz etməyə məcbur olduq. İlk yarıda “Simurq” bir neçə dəfə qol vurmaq imkanı tapdı. Ancaq Lyuba Baraninin uzun ötürməsinə Deon Barton və Saşanın başla zərbə vurmasından sonra qısa məsafədən qol vuruldu və önə keçdik. 1 həftə əvvəl Lyubanun 7 uzun ötürməsindən sonra fərqlənə bilməmişdik. Buna görə də biz cərimə meydançasında oyunçularımızın düzülüşünü və sayını dəyişdik və bunun bəhrəsini gördük. Belə ki, indi cərimə meydançasında oyunçu sayı daha az idi və hərəkət etmək üçün daha çox yer var idi. Birinci hissədə vurduğumuz qoldan başqa Branimir Subaşiç üçün daha bir şans yarandı. Deon və Kristian Torres də hücuma cəlb olundu, amma mudafiəçi əla sədd yaradaraq fəqrlənməyimizə imkan vermədi. Ev sahiblərinin qapıçısı ilə toqquşan Deon da zədə aldı və Terri Kok onu əvəz etdi.
Ola bilsin, ikinci hissədə yağan yağış bizə topu bir az cəld hərəkət etdirməyə kömək etdi. Ancaq biz yaxşı oynayırdıq. İkinci hissənin əvvəlində Razvanın zədə alması nəticəsində sol arxa cinahda Ramin onu əvəz etdi və bununla da cari mövsümdə ilk dəfə özünü göstərmək imkanı qazandı.
Terri Kuk bizim üçüncü əvəzetməmiz idi. O, meydana daxil olduqdan sonra ikinci qola imza ataraq bizim gərginliyimizə son qoydu.
Qəbul etmək lazımdır ki, komanda mövsüm boyu müxtəlif səviyyədə oyun göstərə bilər ancaq biz daha stabil olmağa çalışırıq. “Simirq”la oyunda nəticə əldə etmək çox mühüm idi. Yalnız onların mövqeyinin zəif olduğuna görə yox, həmçinin qarşıda iki həftəlik fasilə var və həm oyunçular həm məşqçilər, klub rəsmiləri və azarkeşlər üçün pis nəticəni düzəltmək üçün bu qədər vaxt gözləmək yaxşı deyil. “Muğan”a qarşı növbəti ev oyununa qədər olan iki həftəlik müddət bizim zədəli oyunçuların tam formaya qayıtmasına imkan verəcək və həmçinin bütün komanda ardıcıl iki qələbələrinin fonunda qısa da olsa istirahət edəcək”.
Keyn Runini geridə qoydu
İngiltərə uğurlu seriyasını qoruya biləcək?
"Argentina ilə gərgin və emosional mübarizəyə hazırıq"
"Heyətdə dəyişikliklər ola bilər" - Qurban Qurbanov
İngiltərə - Argentina: Heyətlər
"Zirə"nin "Torpedo" hazırlığından - Şəkillər
"Liverpul" ona 60 milyon xərcləməyə hazırdır
Salah "Çelsi"yə qayıdır?
"Gedişatı dəyişmək üçün hər şey edəcəklər" - Rəşad Sadıqov
Mourinyo onun gedişinə mane oldu
Ölkə çempionu 6-cı diviziona göndərildi
FİFA DÇ-2026-nın finalında fasiləni uzatmağı planlaşdırır
Dünya çempionatları tarixinə düşdü
Obameyanq "Deportivo"ya qayıdır
Ehtiram Şahverdiyevin yeni klubu məlum oldu
Rodri dünya çempionatının rekordunu yenilədi
"Bəzi mövqelərdə transferə ehtiyacımız var" - Azər Məmmədov
Mönye bu kluba keçdi
Tuxel: "Messiyə qarşı bir yol tapacağıq"
Azərbaycan boksçuları Almaniyadan 6 medalla qayıdırlar
Harri Uinks "Lester"dən getdi
De la Fuente hakimdən narazıdır: "Bu, ədalətsizlik idi"
Skaloni: "Bütün gücümüzü meydana qoyacağıq"
"Şamaxı"dan növbəti transfer
Deşam məğlubiyyətdən danışdı
İspaniyanın idman naziri: "Dünya çempionu olacağıq"
Toral oynadı, rəqibə penalti qazandırdı
Zinəddin Zidan Fransa millisində
İspaniyanı finala aparan qələbə - Video
ÇL-də mərhələ adlayan ilk 10 komanda
Fransa - İspaniya oyununun ən yaxşısı açıqlandı
Coy Lens Mikels və Rəhman Daşdəmirovun qolları - Video
İspaniya finalda! - DÇ-2026-Yenilənib
"Sabah"ın rəqibi bəlli oldu
"Sabah" ÇL-də növbəti mərhələyə yüksəldi
"Liverpul" "İnter"in təklifini üçüncü dəfə rədd etdi
Dopinq testi müsbət çıxdı, cəzasız qaldılar
Fransa - İspaniya matçının heyətləri açıqlandı
"Real" "Şalke" ilə qarşılaşa bilər
TNS - "Sabah": Heyətlər
"Şamaxı" daha bir portuqaliyalı ilə anlaşdı
"Qəbələ" "Kəpəz"ə qalib gəldi
“Şəfa” 5 yoxlama oyunu keçirəcək
Yamalın atası jurnalistlərlə mübahisə etdi