Bülənt Uyğunu Vinfrid Şefer əvəzləyə bilərmiş

Bülənt Uyğunu Vinfrid Şefer əvəzləyə bilərmiş
XƏBƏR 7 Oktyabr 2010 / 12:58 2058
-  A +

“Bakı”nın baş məşqçisi Vinfrid Şefer Türkiyənin “Bucaspor” klubuna təklif olunub. Qol.Az-ın məlumatına görə, Superliqa təmsilçisi paytaxt klubunun alman çalışdırıcısını sükanı arxasına aparmaq istəyib.
Qeyd edək ki, Bülənt Uyğunun "Eskişəhərspor"a keçidindən sonra baş məşqçisiz qalan “Bucaspor”un prezidenti Şərəf Üstündağ da ölkəmizdə çalışan mütəxəssislə maraqlandıqlarını təsdiqləyib: “Bizə təklif olunan isimlər arasında Şefer də var. Ancaq onun özü ilə hələ ki, danışmamışıq. Əvvəlcə komandanın başına gətirəcəyimiz mütəxəssisin yerli, yoxsa əcnəbi olmasına qərar verəcəyik”.
Maraq üçün onu da əlavə edək ki, artıq İzmir klubu yeni baş məşqçisinin kimliyinə aydınlıq gətirib və Şeferin bu komandaya gedişi artıq arxa plana keçib. Həmyerlimiz Rəşad Sadıqovun yeni çalışdırıcısı Bülənt Uyğunu “Bucaspor”da Samet Aybaba əvəzləyib.

Daha çox


Son xəbərlər