Nuri Şahin: “Bu uğuru Azərbaycanla oyunda da davam etdirəcəyik”

Nuri Şahin: “Bu uğuru Azərbaycanla oyunda da davam etdirəcəyik”
XƏBƏR 6 Oktyabr 2010 / 14:51 1808
-  A +

“Semçə mərhələyə Qazaxıstan və Belçika yığmaları üzərində qələbə ilə başladıq. Bu uğuru Almaniya və Azərbaycanla görüşlərdə də davam etdirmək istəyirik”. Qol.Az-ın məlumatına görə, bu sözləri Türkiyə yığmasının və Almaniyanın “Borussiya” klubunun üzvü Nuri Şahin söyləyib.
Avqustda Dortmund klubuyla birgə Bakıya gələn “ay-ulduz”lu futbolçu böyük ölkələrdən fərqli olaraq, kiçik ölkələrin komandalarına qarşı oyunlara zəif kökləndiklərini bildirsə də, millimizlə görüşdə belə olmayacağını bildirib: “Bu dəfə belə səhv etməyəcəyik. Almaniya güclüdür. Amma rəqibdən çəkinmirik. Onları məğlub edəcək gücdəyik. Sürpriz olmasa, AÇ-2012-nin final mərhələsinə qatılacağıq”.


Dünya Çempionatı 2026
Son xəbərlər
15.07.26  15:24

Mönye bu kluba keçdi

topaz banner