Azərbaycan futbolunun əvəzolunmaz simalarından biri, ən tanınmış və şöhrətli məşqçimiz Əhməd Ələsgərov 75 yaşını qeyd etdi. Qol.Az-ın məlumatına görə, bu münasibətlə “Bakı” futbol klubunun rəsmi jurnalı – “Toplu Bakı”ya müsahibə verib. Həmin müsahibə ilə sizi də tanış edirik:
- 75 illik yubileyiniz münasibətilə sizi təbrik edirik. Özünüzü bu yaşda necə hiss edirsiniz?
- Yaxşıyam. Azərbaycandan zəng gələndə çox sevinirəm. (Ə.Ələsgərov Odessa şəhərində yaşayır).
- Uşaqlığınızdan başlayaraq həyat yolunuza qısa nəzər salmaq istərdik. Necə xatırlayırsınız uşaqlığnızı?
- Uşaqlığım Bakıda keçib. II dünya müharibəsi zamanı mən ibtidai siniflərdə oxumuşam. Kasıbçılıq içində yaşamışıq. 1945-ci ildən sonra yavaş-yavaş hər şey düzəlməyə başladı. Mənim məktəb və digər işlərdən savayı əsas işim futol oynamaq olub. Futbola çox tez başlamışam. 5 yaşımda axşama kimi məhllədə oynayırdım. Rəsmi olaraq 8 yaşımda Razin qəsəbəsində (indiki Bakıxanov qəsəbəsi) yerləşən Uşaq Futbol Məktəbinə gedirdim. Kuznitsov Konstantin Petroviç mənim ilk müəllimim olub. Oranın uşaq- gənclər komandasında ən yaxşılardan olduğum üçün məni tezliklə “Neftçi”yə götürdülər. Düzdü, gürcülər də istəyirdilər, amma alınmadı. 18 yaşımda məni orduya çağırdılar. Paralel olaraq “Neftçi”də məşq edirdim. Sonra məni sifariş vərəqəsinə saldılar və oynamağa başladım.
- Əhməd müəllim ötən əsrin 50-60-cı illərindəki Bakı ilə indiki Bakı arasında hansı fərqləri görürsünüz?
- Son vaxtlar Bakıya tez-tez gələ bilmirəm. Bakı gözəl şəhərdi. O gündən-günə dəyişir. Amma mən onu müasirləşmiş formada yox elə 50-60-cı illərdə olduğu kimi sevirəm. Bakı mənim ilk məhəbbətimdir. Dar küçələri, dalanları “Tarqovi”sıyla, milyonçuların tikdirdiyi binaları ilə sevmişəm Bakını...Odessa da gözəl şəhər hesab edilir. Yaşıl, təmiz, böyük şəhərdi. Ən əsası futbol mühiti var burada... Ona görə burada yaşayıram.
- 1966-cı ildə “Neftçi”nin baş məşqçisi idiniz. Həmin vaxt Azərbaycan komandası ilk dəfə ittifaq birinciliyində bürünc medalları qazandı. Bu möhtəşəm uğurun memarı kimi necə xatırlayırsınız o günləri?
- İş onda idi ki, biz o vaxt futbol oynaya bilirdik. Biz nəinki bürünc hətta ikinci gümüş medalları də ala bilərdik. Ətrafımızda o qədər səs-küy yaratmışdılar ki, bir az özümüzü itirmişdik. Çünki belə uğurlu çıxışı heç kim gözləmirdi bizdən. Sonra mən SSRİ yığma komandasında ikinci məşqçi də işlədim. Bundan başqa mən “Neftçi” və “Çernomorets”i yüksək liqaya çıxarmışam. Ukraynalılarla da uğurlarım olub. İkinci yeri götürmüşük. Futbolçularımı İspaniya və İtaliyadan istəyirdilər. O vaxt İtaliya klubları bura yoldaşlıq oyunları keçirməyə gəlirdilər. Onlarla başa-baş oynayırdıq.
- Səhv etmirəmsə İtaliyada məşqçilik kursunu bitirmisiniz?
- Hə. Moskvadan göndərmişdilər oxumağa. İmtahan inidyə kimi yadımdadır. Bileti çəkdim, oturdum. 1 nömrəli bilet düşmüşdü mənə. 3 sual vardı. 4-cünü komisiya üzvləri şifahi verirdi. Hamıdan tez cavab verdim. Məndən razı qalmışdılar. Ondan sonra Moskvaya qayıdıb daha bir imtahan verdim. Yüksək liqada işləyə bilmək üçün. Orada da hamıdan birinci olmuşam. Təvazökarlıqdan kənar olsa da mən həmişə birinci olmaq istəmişəm. Özümü öymürəm. Həyat prinsipim belə olub.
- Sizə təvazökarlıqdan kənar bir sual verim. Əgər sirr deyilsə bürünc medalınız haradadır?
- (Gülür) Medal burdadı evdə. Odessada.
- Bildiyiniz kimi ölkəmizdə futbol yeni mərhələyə qədəm qoyub. Meydançaların tikilməsi , müxtəlif yaş qrupları üzrə çempionatların təşkili futbola olan marağın artmasına səbəb olub. Azərbaycanın canlı əfsanəsi kimi bu istiqamətdə hansı məsləhətləriniz var?
- Düzünü desəm o qədər də məlimatlı deyiləm. Əvvəllər mənə AFFA-dan, İdmanla bağlı idarə və təşkilatlardan, futbol klublarının rəhbərləri tərəfindən zənglər olrdu. Tez-tez əlaqə saxlayırdılar. Sonradan yaddan çıxmağa başladım. Bir neçə adamdan savayı heç kim bu barədə məndən heç nə soruşmur, yararlanmır.
- Futbola gələn yeniyetmələrə hansı sözünüz var?
- Əsas odur ki futbolla yaşayasan. Əgər ağlında ancaq top oynamaq, futbol varsa hər şey yaxşı olacaq. Qalan şeylər olmasa da olar. Futbol geniş olaraq Azərbaycanda 60-cı illərdə yarandı. Bizim vaxtımızda. Onu sevgimizlə yaratmışıq. Gənclərə tövsiyyəm odur ki, yetişən kimi Avropaya getsinlər. Qalmasınlar Azərbaycanda. Yayılsınlar Hollandiyaya, İspaniyaya, Almaniyaya. Axın çox olsa ölkə futbolu da inkişaf etməyə başlayacaq.
- Son iş yeriniz “Bakı” olub. Müşavir və vitse prezident kimi çalışmısınız bu klubda...
- O vaxtkı “Bakı” rəhbərliyi klub qurmaq üçün mütəxəssis axtarırdı. Nail Əliyev klub adından məni dəvət etdi. O insanların futbola olan həvəsləri, futbolla yaşaması məni çox sevindirirdi. Onlar futbolu bilən insanlar idi. Biz “Bakı” komandası ilə Azərbaycan çempionu olduq.
Keyn Runini geridə qoydu
İngiltərə uğurlu seriyasını qoruya biləcək?
"Argentina ilə gərgin və emosional mübarizəyə hazırıq"
"Heyətdə dəyişikliklər ola bilər" - Qurban Qurbanov
İngiltərə - Argentina: Heyətlər
"Zirə"nin "Torpedo" hazırlığından - Şəkillər
"Liverpul" ona 60 milyon xərcləməyə hazırdır
Salah "Çelsi"yə qayıdır?
"Gedişatı dəyişmək üçün hər şey edəcəklər" - Rəşad Sadıqov
Mourinyo onun gedişinə mane oldu
Ölkə çempionu 6-cı diviziona göndərildi
FİFA DÇ-2026-nın finalında fasiləni uzatmağı planlaşdırır
Dünya çempionatları tarixinə düşdü
Obameyanq "Deportivo"ya qayıdır
Ehtiram Şahverdiyevin yeni klubu məlum oldu
Rodri dünya çempionatının rekordunu yenilədi
"Bəzi mövqelərdə transferə ehtiyacımız var" - Azər Məmmədov
Mönye bu kluba keçdi
Tuxel: "Messiyə qarşı bir yol tapacağıq"
Azərbaycan boksçuları Almaniyadan 6 medalla qayıdırlar
Harri Uinks "Lester"dən getdi
De la Fuente hakimdən narazıdır: "Bu, ədalətsizlik idi"
Skaloni: "Bütün gücümüzü meydana qoyacağıq"
"Şamaxı"dan növbəti transfer
Deşam məğlubiyyətdən danışdı
İspaniyanın idman naziri: "Dünya çempionu olacağıq"
Toral oynadı, rəqibə penalti qazandırdı
Zinəddin Zidan Fransa millisində
İspaniyanı finala aparan qələbə - Video
ÇL-də mərhələ adlayan ilk 10 komanda
Fransa - İspaniya oyununun ən yaxşısı açıqlandı
Coy Lens Mikels və Rəhman Daşdəmirovun qolları - Video
İspaniya finalda! - DÇ-2026-Yenilənib
"Sabah"ın rəqibi bəlli oldu
"Sabah" ÇL-də növbəti mərhələyə yüksəldi
"Liverpul" "İnter"in təklifini üçüncü dəfə rədd etdi
Dopinq testi müsbət çıxdı, cəzasız qaldılar
Fransa - İspaniya matçının heyətləri açıqlandı
"Real" "Şalke" ilə qarşılaşa bilər
TNS - "Sabah": Heyətlər
"Şamaxı" daha bir portuqaliyalı ilə anlaşdı
"Qəbələ" "Kəpəz"ə qalib gəldi
“Şəfa” 5 yoxlama oyunu keçirəcək
Yamalın atası jurnalistlərlə mübahisə etdi