Yığmamızın əsas çərçivə qoruyucusu olan qapıçı Kamran Ağayev “Xəzər Lənkəran” klubunun tarixinə düşüb. Qol.Az-ın Lənkəran klubunun rəsmi saytına istinadən məlumatına görə, o, Azərbaycan çempionatının startında ardıcıl 7 oyun qapısından qol buraxmamaqla klubun yeni rekordunu müəyyənləşdirib. Unibank Premyer Liqasının 8-ci turunun “Bakı” ilə oyununda seriyası qırılan qolkiper iki il əvvəl müəyyənləşdirdiyi rekordu yeniləyib. Həmin vaxt o, startdakı 5 görüşdə qapısının toxunulmazlığını qorumuşdu.
Ağayev “quru” dəqiqələrin sayına görə də “Xəzər Lənkəran”ın tarixinə düşüb. Sonuncu dəfə ötən mövsüm qapısında qol görən əlcək sahibi 720 dəqiqədən sonra eyni üzüntünü yaşayıb. Son çempionatın finişində “Bakı” ilə qarşılaşmasını cəza üzündən buraxan qapıçı bundan əvvəlki görüşdə 2 qola üzülmüşdü. Lakin “Qarabağ”la matçda buraxılan son qol oyunun 35-ci dəqiqəsinə təsadüf etmişdi. Bu isə o deməkdir ki, Kamran cari mövsümü 55 dəqiqəlik seriya ilə başlamışdı. Bu mövsümkü 665 dəqiqə isə onun 720-də dayanması ilə nəticələndi.
Kamranın nailiyyəti klub tarixində ikinci göstəricidir. “Xəzər Lənkəran”ın çempionatlar tarixindəki rekordu Aleksandr Martyoşkinə məxsusdur. Belaruslu qapıçı 735 dəqiqə qapısını toxunulmaz saxlayıb. Həmin göstərici Azərbaycan çempionatları tarixinə 11-ci nəticə kimi düşüb. Ağayev isə həmin sıralamada 12-cidir.
Seriyanın qırılması həm də Ağayevin yubileyi ilə əlamətdar olub. O, “Xəzər Lənkəran”da 100-cü oyununu keçirən 5-ci futbolçu olub. Qapıçı Rəşad Abdullayev, Alim Qurbanov, Rahid Əmirquliyev, Radomir Todorovdan sonra bu həddə çatmağı bacarıb. Bu matçların 3-nü “Birlik kuboku”, 4-nü avrokuboklar çərçivəsində keçirən Kamran ölkə çempionatında 76, kubokda isə 17 dəfə ağ-yaşıl formanı geyib.
Keyn Runini geridə qoydu
İngiltərə uğurlu seriyasını qoruya biləcək?
"Argentina ilə gərgin və emosional mübarizəyə hazırıq"
"Heyətdə dəyişikliklər ola bilər" - Qurban Qurbanov
İngiltərə - Argentina: Heyətlər
"Zirə"nin "Torpedo" hazırlığından - Şəkillər
"Liverpul" ona 60 milyon xərcləməyə hazırdır
Salah "Çelsi"yə qayıdır?
"Gedişatı dəyişmək üçün hər şey edəcəklər" - Rəşad Sadıqov
Mourinyo onun gedişinə mane oldu
Ölkə çempionu 6-cı diviziona göndərildi
FİFA DÇ-2026-nın finalında fasiləni uzatmağı planlaşdırır
Dünya çempionatları tarixinə düşdü
Obameyanq "Deportivo"ya qayıdır
Ehtiram Şahverdiyevin yeni klubu məlum oldu
Rodri dünya çempionatının rekordunu yenilədi
"Bəzi mövqelərdə transferə ehtiyacımız var" - Azər Məmmədov
Mönye bu kluba keçdi
Tuxel: "Messiyə qarşı bir yol tapacağıq"
Azərbaycan boksçuları Almaniyadan 6 medalla qayıdırlar
Harri Uinks "Lester"dən getdi
De la Fuente hakimdən narazıdır: "Bu, ədalətsizlik idi"
Skaloni: "Bütün gücümüzü meydana qoyacağıq"
"Şamaxı"dan növbəti transfer
Deşam məğlubiyyətdən danışdı
İspaniyanın idman naziri: "Dünya çempionu olacağıq"
Toral oynadı, rəqibə penalti qazandırdı
Zinəddin Zidan Fransa millisində
İspaniyanı finala aparan qələbə - Video
ÇL-də mərhələ adlayan ilk 10 komanda
Fransa - İspaniya oyununun ən yaxşısı açıqlandı
Coy Lens Mikels və Rəhman Daşdəmirovun qolları - Video
İspaniya finalda! - DÇ-2026-Yenilənib
"Sabah"ın rəqibi bəlli oldu
"Sabah" ÇL-də növbəti mərhələyə yüksəldi
"Liverpul" "İnter"in təklifini üçüncü dəfə rədd etdi
Dopinq testi müsbət çıxdı, cəzasız qaldılar
Fransa - İspaniya matçının heyətləri açıqlandı
"Real" "Şalke" ilə qarşılaşa bilər
TNS - "Sabah": Heyətlər
"Şamaxı" daha bir portuqaliyalı ilə anlaşdı
"Qəbələ" "Kəpəz"ə qalib gəldi
“Şəfa” 5 yoxlama oyunu keçirəcək
Yamalın atası jurnalistlərlə mübahisə etdi