Arda Turan millimizə qarşı oynaya bilməyəcək

Arda Turan millimizə qarşı oynaya bilməyəcək
XƏBƏR 6 Oktyabr 2010 / 11:54 1669
-  A +

AÇ-2012-nin seçmə mərhələsində yığmamızın rəqibi olan, oktyabrın 8-də səfərdə Almaniyanın, bundan 4 gün sonra isə Azərbaycanın qonağı olacaq Türkiyə millisi ciddi itki ilə üzləşib. Qol.Az-ın məlumatına görə, “Qalatasaray”ın şərəfini qoruyan ulduz futbolçu Arda Turan zədəsini təzələyib. “Ay-ulduzlular”ın aparıcı oyunçusu onsuz da millinin toplanışına zədəli halda qatılsa da, dünən Almaniyada keçirilən hazırlıq prosesi zamanı yarımmüdafiəçi məşqi davam etdirə bilməyib. Futbolçunun özü verdiyi açıqlamada Bundestimlə prinsipial qarşılaşmada forma geyə bilməyəcəyini bildirib. Lakin proqnozlara görə, Arda hətta millimizlə Bakıdakı oyunda da meydana çıxa bilməyəcək. Çünki müayinələr zamanı “Qalatasaray”ın üzvünün hətta əməliyyat olunmasının da vacibliyi üzə çıxıb. Qardaş ölkə mətbuatının yazdığına görə, belə olacağı halda, Arda 3-4 ay yaşıl meydanlardan kənarda qalacaq.

Daha çox


Son xəbərlər