AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində oktyabrın 8-də millimizlə qarşılaşacaq Avstriya mətbuatı ölkəmizə olan diqqəti artırıb. Qol.Az-ın məlumatına görə, Avsrtiya mətbuatında futbolumuzla yanaşı, ölkəmizin siyasəti, iqtisadiyyatı, coğrafiyası və mədəniyyətinə də geniş yer verilib: “Qafqazın ən böyük və qüdrətli ölkəsi sayılan Azərbaycan Xəzər dənizi sahilində yerləşir. Ərazisi 86,6 km2 olan Azərbaycan əsasən neft və qaz ölkəsi kimi tanınır. Bununla belə, Azərbaycanın “Nabuko” lahiyəsinin açarı kimi göstərilməsi də bu ölkənin gücündən xəbər verir. Əhalsinin sayı təxminən 8,7 milyon olan azərbaycanlılar özlərini “Azəri” adlandırırlar. Azərbaycan dili türk dilinə çox yaxındır. Bu da onların eyni kökdən olması ilə əlaqədardır. Lakin burada ticarətdə rus dili daha çox işlənir”.
Ölkələrimiz arasında da sıx əlaqə olduğunu yazan saytlarda Avstriyadan Azərbaycana maşınların, dəzgahların, dərman preparatlarının, müxtəlif dəmir və polad materiallarının idxal edildiyi də xüsusi qeyd edilib. Bu saytlarda futbolumuza da geniş yer ayıran avstriyalılar, müstəqillik illərindən sonra Azərbaycan yığmasının qazandığı uğurları da xatırladıb. “Azərbaycan yığması öz meydanında 1998-ci ildə İsveçrəyə 1-0, 2002-ci ildə Slovakiyaya 2-0, 2004-cü ildə isə Serbiya millisinə 2-1 hesabı ilə qalib gəlməyi bacarıb. Bununla yanaşı, Azərbaycan millisi 2000-ci ildə güclü Portuqaliya və 2010-cu ildə isə Rusiya yığmaları ilə də 1-1 heç-heçə etməyə nail olublar”.
Azərbaycan milisinin Avstriya ilə oyununu da nəzərdən qaçırmayan Avstriya mətbuatı DÇ-2006-nın seçmə mərhələsi çərçivəsində 2004-cü ilin sentyabrında Vyanada keçirilən Avstriya - Azərbaycan qarşılaşmasında meydan sahiblərinin 2-0 hesablı qələbə qazandığını və bir il sonra Bakıdakı cavab oyununda isə hesabın açılmadığını vurğulayıb: “Oktyabrın 8-də keçiriləcək oyun isə tam fərqli olacaq. Çünki Azərbaycan yığmasının baş məşqçi postunda təcrübəli alman mütəxəsis Berti Foqts çalışır . O bir dəfə Avropa çempionu olub. Yəni, Avropa ölkələri ilə oynamağın yollarını daha yaxşı bilir”.
Avstriya mətbuatı eyni zamanda Bakının “Neftçi” klubunda çıxış edən gənc yarımmüdafiəçi Araz Abdullayevin İngiltərənin “Everton” klubuna keçidinə də münasibət bildirib: “Hazırda Azərbaycan milli komandasında tanınmış futbolçular olmasa da, görünür yaxın gələcəkdə bu ölkədən də ulduzlar peyda olacaq. “Everton” klubu “Neftçi”nin 18 yaşlı yarımmüdafiəçisi Araz Abdullayevlə yaxından maraqlanır. Yəni, “Everton” klubu bu futbolçunu almaqda israrlıdır. Əgər heç bir problem çıxmazsa, Araz Liverpula yollanacaq”.
Keyn Runini geridə qoydu
İngiltərə uğurlu seriyasını qoruya biləcək?
"Argentina ilə gərgin və emosional mübarizəyə hazırıq"
"Heyətdə dəyişikliklər ola bilər" - Qurban Qurbanov
İngiltərə - Argentina: Heyətlər
"Zirə"nin "Torpedo" hazırlığından - Şəkillər
"Liverpul" ona 60 milyon xərcləməyə hazırdır
Salah "Çelsi"yə qayıdır?
"Gedişatı dəyişmək üçün hər şey edəcəklər" - Rəşad Sadıqov
Mourinyo onun gedişinə mane oldu
Ölkə çempionu 6-cı diviziona göndərildi
FİFA DÇ-2026-nın finalında fasiləni uzatmağı planlaşdırır
Dünya çempionatları tarixinə düşdü
Obameyanq "Deportivo"ya qayıdır
Ehtiram Şahverdiyevin yeni klubu məlum oldu
Rodri dünya çempionatının rekordunu yenilədi
"Bəzi mövqelərdə transferə ehtiyacımız var" - Azər Məmmədov
Mönye bu kluba keçdi
Tuxel: "Messiyə qarşı bir yol tapacağıq"
Azərbaycan boksçuları Almaniyadan 6 medalla qayıdırlar
Harri Uinks "Lester"dən getdi
De la Fuente hakimdən narazıdır: "Bu, ədalətsizlik idi"
Skaloni: "Bütün gücümüzü meydana qoyacağıq"
"Şamaxı"dan növbəti transfer
Deşam məğlubiyyətdən danışdı
İspaniyanın idman naziri: "Dünya çempionu olacağıq"
Toral oynadı, rəqibə penalti qazandırdı
Zinəddin Zidan Fransa millisində
İspaniyanı finala aparan qələbə - Video
ÇL-də mərhələ adlayan ilk 10 komanda
Fransa - İspaniya oyununun ən yaxşısı açıqlandı
Coy Lens Mikels və Rəhman Daşdəmirovun qolları - Video
İspaniya finalda! - DÇ-2026-Yenilənib
"Sabah"ın rəqibi bəlli oldu
"Sabah" ÇL-də növbəti mərhələyə yüksəldi
"Liverpul" "İnter"in təklifini üçüncü dəfə rədd etdi
Dopinq testi müsbət çıxdı, cəzasız qaldılar
Fransa - İspaniya matçının heyətləri açıqlandı
"Real" "Şalke" ilə qarşılaşa bilər
TNS - "Sabah": Heyətlər
"Şamaxı" daha bir portuqaliyalı ilə anlaşdı
"Qəbələ" "Kəpəz"ə qalib gəldi
“Şəfa” 5 yoxlama oyunu keçirəcək
Yamalın atası jurnalistlərlə mübahisə etdi