“Xəzər Lənkəran”ın stadionu yenidən sel altında qaldı

XƏBƏR 5 Oktyabr 2010 / 18:34 2244
-  A +

Lənkəran şəhər mərkəzi stadionu yenidən selə təslim olub. Stadionun direktoru Höccət Hacıyevin Lent.az-a verdiyi məlumata görə, üç gündür yağan aramsız yağışlar nəticəsində meydançanı sel basıb. Hazırda ot örtüyü üzərində 3-4 sm hündürlükdə su qatı yaranıb. Hacıyevin fikrincə, belə davam edərsə, ot örtüyü tamamilə sıradan çıxacaq. Direktor buna qarşı hər hansı tədbir görmək imkanlarının olmadığını söyləyib: “Nə etməliyik? Göyün üzünə örtük tutası deyilik ki...”
Qeyd edək ki, 9–11 sentyabrda yağan aramsız yağışlarla əlaqədar Lənkəran çayının məcrasından çıxması nəticəsində “Xəzər Lənkəran” klubunun ev oyunlarını keçirdiyi arenanın ot örtüyü üzərində lil qatı yaranmışdı. Sonradan meydançanı normal vəziyyətə gətirmək və burada “Neftçi” və “Bakı” ilə görüşlər keçirmək mümkün olmuşdu.


Dünya Çempionatı 2026
Son xəbərlər
15.07.26  15:24

Mönye bu kluba keçdi

topaz banner