“Neftçi” “Qarabağ”la yoldaşlıq oyunu keçirəcək

XƏBƏR 5 Oktyabr 2010 / 18:10 1816
-  A +

Azərbaycan milli komandasının AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində keçirəcəyi oyunlarla bağlı Unibank Premyer Liqasında qısa fasilə yaranıb. "Neftçi" bu fasilədən istifadə edib yoxlama görüşü keçirməyi planlaşdırır. Qol.Az-ın paytaxt klubunun rəsmi saytına istinadən məlumatına görə, flaqman oktyabrın 12-də "Qarabağ"la qarşılaşacaq. ADBTİA-nın stadionunda keçiriləcək oyun saat 16:00-da başlayacaq.


Dünya Çempionatı 2026
Son xəbərlər
15.07.26  15:24

Mönye bu kluba keçdi

topaz banner