Polşa "Legiya"sı ilə yaxın günlərdə müqavilə imzalayacaq Mahir Emreli "Qarabağ"la vidalaşıb.
Qol.az xəbər verir ki, millimizin üzvü bununla bağlı özünün "İnstaqram" səhifəsində yazıb:
"Bu yazını qələmə almaq çox çətindir. Bəzən elə anlar olur ki, hisslərini ifadə etməyə çətinlik çəkirsən. Amma hər son, bir yeninin başlanğıcıdır. Kiçik yaşlarımda başlayan xəyallar məni "Bakı" FK akademiyasına gətirdi. Orada böyüdüm. 18 yaşım tamam olan gün, məhz doğum günündə karyeramda ən önəmli qərarlardan birini verdim. Azərbaycanın ən böyük klubu - "Qarabağ"la müqavilə imzalamışdım. Yeniyetmə Mahir bəlkə də o dövrdə hara gəldiyinin, onu nələr gözlədiyinin fərqində deyildi. "Qarabağ" təcrübəsi məni daha da böyütdü, müdrikləşdirdi. Şübhəsiz bunda mənə yeri gələndə böyük qardaş, hətta ata əvəzi olan HOCA-mın-Qurban Qurbanovun zəhməti danılmazdır. Ona nə qədər təşəkkür etsəm, azdır.
5 mövsüm ərzində ardıcıl çempionluqlar, Avropada qrup mərhələsi... Və "Qarabağ" tarixinin ən çox qol vuran ikinci futbolçusu... Futbol azarkeşləri üçün ana laylası qədər doğma olan Çempionlar Liqasının himnini canlı dinləmək. Hətta bu yolda ən vacib qollardan vuran biri olmaq. Sözlə ifadə olunmayacaq hisslərdir. Vaxt yetişmişdi. Avropada Azərbaycan futboluna, azərbaycanlı futbolçulara inam yaratmaq zamanı. Cənnət Qarabağ azad olunduqdan sonra "Qarabağ"dan ayrılmaq...
Məni yeni çağırış gözləyir. Karyeramı vətəndən xeyli uzaqda davam etdirəcəyəm. Bunu çox yaxşı dərk edirəm ki, mən gözəl ölkəmi təmsil edəcəyəm. Bu sözləri qələmə alarkən qəhərlənməmək əldə deyil."Qarabağ"dan məni mən edən iki klubdan birindən ayrılmaq çətindir.
Karyeramın qalan hissəsində hər addımımda dəstəyinizi hiss edəcəyimdən əminəm. Məni sevən və sevməyən, tərifləyən və tənqid edən, hətta bəzən təhqir edən bütün azarkeşlərimizin anasının əllərindən öpürəm.
Buradan sizə dərin təşəkkürlərimi çatdırır, mənim üçün doğma olan "Qarabağ"a növbəti mövsümlərdə uğurlar uğurlar arzu edirəm. Yenə görüşəcəyik. "Qarabağ"ı Qarabağda izləmək üçün..."
Azərbaycan millisi Maltaya uduzdu
FİFA "pulsuz" satılan biletlərin ödənişini tələb edir
Slot London klubunun təklifini rədd etdi
Azərbaycan klublarının yay transferləri - Yenilənir
Xəyal Əliyev zədələndi, meydanı xərəkdə tərk etdi - Video
Sadıq Sadıqov dünyasını dəyişdi
"Şamaxı" onu da yola saldı
Mbappe artıq ən bahalı futbolçu deyil
Azərbaycan - Malta: Heyətlər
DÇ-2026-nın "ölüm qrupu"nda hansı ölkələr var?
Messi və Son Hın Min eyni komandada
Azərbaycan millisi Macarıstana uduzdu
"Yeni transferlər olacaq" - Zaur Həşimov
Millinin futbolçuları arasında gərginlik - Şəkil
"Neymar sabah müayinədən keçəcək"
"Real" aşağı liqaya düşən klubun futbolçusuna göz dikdi
Misli Premyer Liqası klublarına nə qədər ödəniş ediləcək?
“Şəfa” yeni baş məşqçisini açıqladı - Şəkillər
"Liverpul"dan ayrılan futbolçu "Tottenhem"də - Rəsmi
"Beşiktaş"ın yeni baş məşqçisi açıqlandı
Səhhətində narahatlıq yarandı, millidən ayrıldı
Mehriban Əliyeva Avropa çempionu olan millini təbrik etdi
Əliyar Ağayev və Tural Qurbanova UEFA-dan təyinat
Prezident Minifutbol Federasiyasına 1 milyon manat ayırdı
"Şamaxı" onunla müqaviləni uzatdı
AFFA-da seminar keçirildi
Romada 1 qızıl, 1 bürünc medal
DÇ-2026-da vuvuzela qadağası
Vasili Berezutski istefaya göndərildi
"Benfika"dan "Trabzonspor"a
Daha iki legioner "Karvan-Yevlax"ı tərk etdi
"Mourinyo ilə müqavilə artıq yekunlaşdırılıb" - Peres
Liqa 1 klubu baş məşqçisi ilə yolları ayırdı
Millimizin finaldakı qələbəsi və çempionluq sevinci - Video