«Qarabağ» klubu Türkiyədə təlim-məşq toplanışını başa çatdırmaq üzrədir. Premyer liqanın ikinci dövrəsinin startı ərəfəsində komandanın direktoru Emrah Çelikel klubun rəsmi saytına verdiyi müsahibədə kollektivin durumu haqda danışıb. «Komandanın yanında olmaq mənim işimdən əlavə bir hobbidir. Futbolçuların məşqi, gözlərindəki yanğı, oyuna necə hazırlaşmasını görmək çox maraqlıdır. Məşqlərdə elə çalışırlar ki, sanki həyatlarında sonuncu futbol matçına çıxıblar. Bu bizi sevindirməyə bilməz. Belə davam etsək, inşallah uğurlar da ardıcıl gələcək». Klub rəsmisi «Qarabağ»ın hədəfləri daim zirvəyə oynamaq olub. Nəticə baxımından bunu hər zaman bacarmışıq» sualını belə cavablandırıb: «Xeyr. Nəzəri cəhətdən bu mümkün də deyil. Amma bəzi həssas məqamlar var ki, bu il bizim mütləq titul qazanmağımıza vadar edir. Yəqin, yadınızdadırsa, komandamız dünya futbolunda öz sözünü demiş Artim Şakiri transfer etdikdən sonra klubumuzun başçısı cənab Tahir Gözel verdiyi açıqlamada «Qarabağ»ın tək hədəfi olduğunu bildirmişdi. Çempionluq. Düzdür, sonradan baş verən məlum gözlənilməz hadisələrdən sonra açığı bir qədər tərüddüdə düşdüm. Tahir bəylə görüşəndə bu tərəddüdü bildirdim. Lakin rəhbər qəti bildirdi: «Qarabağ» çempionatda da, kubokda da zirvəyə oynamalıdır». Tahir bəy baş verən olaylardan sonra komandanın daha da motivasiya olacağını, əksinə belə bir durumda komandadan uğur gözləmək lazım olduğunu bildirdi. Zaman Tahir bəyin nə qədər uzaqgörən olduğunu göstərdi. Bir şey var ki, mövsümöncəsi çempionluğa oynayacağını bəyan edən klubumuzda ən sıravi işçidən tutmuş Tahir bəy, Fevzihan bəyə qədər (Azersun Holding şirkətlər qrupunun direktoru - red) hər kəs eyni hədəfə köklənmişdi. Bu gün bizim baş məşqçimiz Qurban Qurbanovdursa demək burada hamı ona inanıb və inanacaq da. Rəhbərlik Qurbanova inanmasaydı, posta gətirməzdi».
E.Çelikel uğursuzluqla da bağlı fikrini bildirib. «Qeyd etmək zəruridir ki, Qurbanov çempionatın başlamasına 5 gün qalmış komandaya gələndə futbolçuların siyahısına baxdı və dedi ki, bu heyətə bir neçə transfer əlavə edib yüksək yerlər uğrunda mübarizə aparmaq olar. Həm Qurbanla razılaşdıq, həm də Zaur Ramazanov kimi qoleadoru komandamıza gətirdik. «Qalatasaray»dan Mehmet Akı da komandanın ciddi hədəfləri olduğu üçün gətirdik. Lazımı işləri yerinə yetiririk. Bu gün Antalyada 115 km uzunluğunda otel şəbəkəsi yerləşir. Amma biz komanda üçün bu otelləri araşdırıb ən yaxşısını «İC Santai»ni seçmişik. Burda futbolçular üçün hər cür şərait yaradılıb. «Fənərbaxça»`yla eyni sahədə məşq edirlər. Demək istədiyim otel seçərkən belə ən xırda detalları belə nəzərə almışıq. Düz 25 günlük təlim-məşq toplanışı nəzərdə tutulub. Hər şey isə təbii ki, mövsümün sonunda uğur qazanılmasına hesablanıb». «Qarabağ»ın rəsmisi hazırki heyəti çempionluğa hazır sayrdığını vurğulayıb. «Biz məşqçilərdən heç də yeni qitə kəşf etmələrini istəmirik. Bizim kollektiv bəlkə də dünyanın heç bir yerində yoxdur. Futbol istedadı məhdud ola bilər, amma bir ailə formalışdıra bilsəniz, bir futbolçu lazımdırsa yoldaşı, komandası üçün meydanda ölməyə hazır olarsa, o zaman uğur sizin qapınızdadır. Mən fəxrlə qeyd edirəm ki, bizim bu gün eyni amal uğrunda yarışan ailəmiz var: «Qarabağ» ailəsi».
Başqa klublar qış fasiləsində legionerlərlə güclənməyə üstünlük versə də, «Qarabağ»ın yerli futbolçuların transferlərlə kifayətlənməsi ilə bağlı E.Çelikel belə deyib: «Biz, başqa klubların şəxsi işlərinə qarışa bilmırik. Amma bizim üçün Azərbaycan futbolu dedikdə Azəri futbolçulara üstünlük verməklə onlara inandığımızı göstərmək istəyirik. Digər iddialılardan bizim bir fərqimiz məhz Azərbaycan futboluna xüsusi önəm verməyimizdir. Çempionluğa oynayan komandanın futbolçularının əksəriyyətinin yerlilər olması bizi sevindirməyə bilməz. Əgər biz bu heyətlə uğur qazana bilsək ölkə futboluna yeni nəfəs gətirə biləcəyimizə inanırıq. Axı, bizim uğurumuz müqabilində gənc nəslin Aslanlar, Azərlər, Zaurlar, Aftandillər, Fərhadlar idealına çevriləcək və onları öz gücünə inandıracaq. İnşallah, «Qarabağ» bu il Avropada adından söz etdirəcək».
"Arsenal" Fransa klubunda çıxış edən futbolçuya göz dikdi
Komandasını tribunada təkbaşına dəstəklədi
"Barselona"nın müdafiəçisi zədələndi
"Liverpul" İsakdan narahatdır
“Araz-Naxçıvan”ın qələbəsindən - Video
"Qarabağ"ın rəqibinin hücumçusu klubdan ayrılmağa hazırlaşır
"Atletiko" səfərdə inamlı qələbə qazandı
"Əzmkar qələbə qazandıq" - Elmar Baxşıyev
"Bu qədər qol epizodu ilə qalib gələ bilmədiyimiz oyunu xatırlamıram" - Ayxan Abbasov
Türkiyə klubundan istefa xəbəri gəldi
"Qarabağ" "Qəbələyə", "Araz-Naxçıvan" "Şamaxı"ya qalib gəldi
"Qəbələ" - "Qarabağ" matçındakı 3 qol - Video
PSV-dən yeni rekord
"Barselona"nın futbolçusu sıradan çıxdı
"Hakimin gözündə mənə qarşı nifrət var idi, mübahisəli qərarlar verirdi" - Kaxaber Sxadadze
"Bura "Qarabağ"dır, uşaq bağçası deyil" - Qurban Qurbanov
"Çelsi" müdafiəçisi ilə yollarını ayırmağa hazırlaşır
İspaniya klubu yeni baş məşqçisini açıqladı
"Araz-Naxçıvan" - "Şamaxı": Heyətlər
PSJ-dən rekord göstərici
"Fənərbaxça"da ciddi itki - Derbidə oynamayacaq
"Qəbələ" - "Qarabağ": Heyətlər açıqlandı
Ukraynada olmaz, bizim futbolda olar! - Video
Mbappe Ronaldonun rekordunu təkrarladı
La Liqa klubunda amerikalı baş məşqçi
"Real"ın qələbəsi - Video
Juninyonun yeni klubu açıqlandı - Rəsmi
"Liverpul" "Tottenhem"i belə məğlub etdi - Video
"Bayer" qalib gəldi, "Qarabağ"ın rəqibindən heç-heçə
"Fənərbaxça" və "Beşiktaş"dan qələbə
Yamal, Haaland, Keyn...
Start heyət üzü görməyən Mayno klubdan ayrılmağa hazırlaşır
"Qarabağ"ın rəqibi "Hamburq"la heç-heçəyə razılaşdı
Tiaqo Silvanın yeni klubu bəlli oldu
"Mançester Siti" liderliyə yüksəldi
"Fənərbaxça" səfərdə inamlı qələbə qazandı
“Zirə” - “İmişli” matçından - Video
Ronaldodan 122 oyun az oynadı, onun uğurunu təkrarladı
Flik "Barselona" ilə müqaviləni uzadacaq?
"Hədəfimiz bir xal idi, buna da nail olduq" - Jorj Kaşkilya
"Çelsi" və "Nyukasl" xalları bölüşdü
"Neftçi"dən qələbə, "Zirə" "İmişli" ilə heç-heçə etdi