Rəşad Sadıqovun yeni baş məşqçisi, nəhayət ki, müəyyənləşdi

Rəşad Sadıqovun yeni baş məşqçisi, nəhayət ki, müəyyənləşdi
XƏBƏR 5 Oktyabr 2010 / 15:20 2321
-  A +

Cari mövsümə heç də yaxşı başlamayan Türkiyə Superliqa təmsilçisi “Eskişəhərspor”un yeni baş məşqçisinin kimliyi müəyyənləşib. Qol.Az-ın məlumatına görə, bir neçə gün öncə Rza Çalımbayla yollarını ayıran millimizin kapitanı Rəşad Sadıqovun da sıralarında olduğu klub, gözlənildiyi kimi, Bülənt Uyğuna həvalə olunub. Qeyd edək ki, bu mütüxəssislə hələ ilk günlərdən danışıqlar aparılsa da, onun çalışdırdığı “Bucaspor” rəhbərliyi də, Uyğun özü də həmyerlimizin komandasının sükanı arxasına keçəcəyinə dair xəbərləri təkzib etmişdi. Lakin dünən gözlənilmədən “Bucaspor”un baş məşqçi postundan istefa verən Bülənt, bu gün “Eskişəhərspor”la rəsmi müqavilə imzalayıb.

Daha çox


Son xəbərlər