Hakimlər Komitəsinə Elnur Muradovu cəzalandırmaq tapşırığı verildi

XƏBƏR 5 Oktyabr 2010 / 14:03 1574
-  A +

Bu gün keçirilən AFFA İntizam Komitəsinin iclasında Hakimlər Komitəsinə tapşırıq verilib. Qol.Az-ın məlumatına görə, komitə rəhbərliyinə 1 oktyabr tarixində Unibank Premyer Liqasının 8-ci turu çərçivəsində keçirilmiş "İnter" - "Muğan" matçının baş hakiminin idarəçiliyi haqqında lazımi ölçü götürmək tapşırılıb.
Qeyd edək ki, həmin oyunda baş hakim funksiyasını Elnur Muradov yerinə yetirmişdi. Çox güman ki, qarşılaşmanın gedişində çoxsaylı səhv qərarları ilə yadda qalan referiyə sərt cəza veriləcək.

Daha çox


Son xəbərlər