Yasin Pehlivan millimizlə oyuna dəvət aldı

Yasin Pehlivan millimizlə oyuna dəvət aldı
XƏBƏR 4 Oktyabr 2010 / 18:11 2345
-  A +

AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində oktyabrın 8-də yığmamızla qarşılaşacaq Avstriya millisinin baş məşqçisi Didi Konstantini “Rapid” klubunun yarımmüdafiəçisi Yasin Pehlivana dəvət göndərib. Qol.Az-ın Avstriya Futbol Federasiyasının rəsmi saytına istinadən məlumatına görə, yığmamızla oyun öncəsi bir neçə futbolçusunu itirən Avstriya millisi bu boşluqların yerini doldurmaq məqsədilə komandanın hazırlıqlarına Pehlivanı da çağırıb. Qeyd edək ki, Pehlivan oktyabrın 8-də millimizə, dörd gün sonra isə Belçikaya qarşı oyunlarda forma geyinmək şansı qazanıb.

Daha çox


Son xəbərlər