Millimizin çalışdırıcısı: “Qol imkanlarından maksimum yararlandıq”

Millimizin çalışdırıcısı: “Qol imkanlarından maksimum yararlandıq”
XƏBƏR 4 Oktyabr 2010 / 17:28 1906
-  A +

Krımsk şəhərində Rusiya və Azərbaycanın 16 yaşadək futbolçulardan ibarət komandaları arasında bu gün keçirilmiş yoldaşlıq oyunundan sonra yığmamızın baş məşqçisi Təbriz Həsənov fikirlərini bölüşüb. Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, o, matçla bağlı bunları söyləyib: “Komandamız bu gün meydanda əsl qəhrəmanlıq nümayiş etdirdi. Rusiya yığması kimi güclü bir rəqibi məğlub etdiyimizə görə bütün futbolçulara minnətdaram. Birinci oyundan fərqli olaraq, bu gün qol imkanlarından maksimum yararlandıq və bu səbəbdən qələbə qazanadıq”.

Daha çox


Son xəbərlər