“Qarabağ” bir həftəlik istirahətə buraxıldı

“Qarabağ” bir həftəlik istirahətə buraxıldı
XƏBƏR 4 Oktyabr 2010 / 17:03 1975
-  A +

Unibank Premyer Liqasının son turunun “Turan”la səfər oyunundan sonra “Qarabağ” istirahətə çıxıb. Qol.Az-ın Ağdam klubunun rəsmi saytına istinadən məlumatına görə, baş məşqçi Qurban Qurbanov millinin qarşıdakı oyunlarıyla əlaqədar olaraq yaranmış fasilə səbəbindən futbolçuları 1 həftəlik istirahətə buraxıb. Azərbaycan millisinə göndərilən 7 futbolçuyla yanaşı, Albaniya və Latviya millisinə də 3 futbolçunun yollanması nəticəsində komandanın tam heyətlə çalışa bilməməsi baş məşqçinin adekvat addım atmasına səbəb olub.
Ağdam təmsilçisi oktyabrın 7-dən etibarən yenidən yığışıb məşqlərə başlayacaq.


Dünya Çempionatı 2026
Son xəbərlər
15.07.26  15:24

Mönye bu kluba keçdi

topaz banner