AZAL fasilə müddətində iki yoxlama matçı keçirəcək

AZAL fasilə müddətində iki yoxlama matçı keçirəcək
XƏBƏR 4 Oktyabr 2010 / 16:40 1738
-  A +

Unibank Premyer Liqasının son turunun “Neftçi” ilə oyunundan sonra futbolçuları istirahətə buraxan AZAL sabah məşqləri bərpa edəcək. Qol.Az-ın paytaxt klubunun rəsmi saytına istinadən məlumatına görə, “Şəfa” stadionunda toplaşacaq Nazim Süleymanovun yetirmələri 3 günlük istirahətin ardından təlimlərə başlayacaq. Çempionatda yaranan uzun fasilədən maksimim faydalanmağa çalışan məşqçilər korpusu xüsusi proqram tərtib edib. Hazırlıq planına əsasən komanda toplanışa cəlb olunacaq və gündə iki dəfə (səhər saat 11:00, axşam 17:00) meydançaya cıxacaq. Bu müddət ərzində AZAL-ın iki yoxlama oyunu keçirməsi də planlaşdırılır.

Daha çox


Son xəbərlər