Məmmədov: “İnanıram ki, "Neftçi" çempion olacaq”

Məmmədov: “İnanıram ki, "Neftçi" çempion olacaq”
XƏBƏR 4 Oktyabr 2010 / 16:26 2075
-  A +

Veteran futbolçu Şamil Məmmədovun 78 yaşı tamam olur. Qol.Az-ın məlumatına görə, futbol veteranlarına daim qayğı və diqqət göstərən “Neftçi” rəhbərliyi bu gün səbəbkarı klubun bazasına dəvət edib. Şamil Məmmədova "Neftçi"nin tarixindən bəhs edən "Unudulmayan keçmiş" kitabı və qiymətli hədiyyə təqdim edilib.
"Mənə göstərilən diqqətə görə "Neftçi" PFK-nın prezidenti Sadıq Sadıqov başda olmaqla klub rəhbərliyinə minnətdaram. Flaqmanın rəhbərliyi həmişə veteranlara qayğı göstərməsi ilə seçilib. Yeri gəlmişkən, komandanın bu mövsümkü oyunu məni sevindirir. "Neftçi"nin oyunlarını televiziya vasitəsilə izləyirəm. Komandadakı irəliləyiş göz qabağındadır. Bunda klub rəhbərliyinin və məşqçilər korpusunun böyük əməyi var. İnanıram ki, "Neftçi" çempion olacaq" deyə Şamil Məmmədov bildirib.

Daha çox


Son xəbərlər