Son ölkə çempionu “İnter”in yarımmüdafiəçisi Petar Zlatinov “Muğan”la keçirilən oyun barəsində fikirlərini bölüşüb. Qol.Az-ın məlumatına görə, klubun rəsmi saytına müsahibə verən təcrübəli futbolçu bir sıra məqamlara aydınlıq gətirib:
- Petar, oyun haqqında fikirlərini bilmək istərdik...
- Oyun çox çətin keçdi. Ötən turda biz “Gəncə”yə məğlub olduq, “Muğan” isə “Simurq”u məğlub etdu. Bu vəziyyət rəqibə xüsusi inam verirdi. “Muğan” qalib gəlmək istəyirdi, lakin onların köpüyünü yatırdıq və layiqli qələbə qazandıq. Biz həm birinci, həm də ikinci hissəni yaxşı oynadıq. Daha əvvəl qol vurmalıydıq, lakin təəssüf ki, bunu edə bilmədik.
- Birinci hissədə sən “Muğan”ın qapısını fəal şəkildə hədəfə almışdın, amma qol vura bilmədin. Bunu etməyə nə mane oldu?
- Nəyin mane olduğunu bilmirəm. Əgər bilsəydim, mütləq qol vurardım (gülür). Növbəti oyunlarda mütləq fərqlənəcəyimə ümid edirəm.
- Səni əvəz edən zaman nümayişkarənə şəkildə baş hakimin əlini sıxdın...
- Yox, nümayişkarənə şəkildə sıxmadım. Sadəcə, işinə görə “sağ ol” dedim.
- Oyunun sonu kifayət qədər emosianal alındı...
- Bu, gərginliyin yüksək konsentrasiyasıyla bağlıdır. Buraxılan qoldan sonra “Muğan” bir qədər özündən çıxdı, amma belə olur. Axı, bu futboldur!
"Milli sanki meydana heç çıxmamışdı"
Keyn 78 illik rekordu təkrarladı
Argentina ilə oyuna çıxa bilməyəcəklər?
“Turan Tovuz” “Fənərbaxça”ya məğlub oldu
İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi
“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz qərar
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Hücum xəttində problemlərimiz var” - Rəşad Sadıqov
“Turan Tovuz” “Fənərbaxça” ilə matça bu heyətlə çıxır
Rəşad Sadıqov Lixtenşteynlə matçdan danışdı - Video
"Borussiya" "Sabah"la oyun öncəsi futbolçusu üçün narahatdır
"Qarabağ" "Zirə"yə qalib gəldi
"İmişli" "Şəfa" ilə heç-heçə etdi
“Qəbələ” Yaponiya millisinə uduzdu
“Qaradağ Lökbatan” və “Şəmkir”dən böyükhesablı qələbə
Çempionlar Liqası matçını buraxa bilər
Messi yeni klubunun qələbəsini belə qeyd etdi - Şəkil
A Seriyasında ayın ən yaxşısı oldu
"Sabah"dan ayrıldı, Kosovo klubuna keçdi
"Qəbələ" albaniyalı futbolçu transfer etdi
Rafinya yenə La Liqanın ən yaxşısı seçildi
Kukurelya: "Qızıl top"da özümə səs verərdim"
Ukrayna millisinin antirekordu
Hansı oyun hansı kanalda?
Azərbaycan gimnastları 6 medal qazandılar
Rüfət Abbasov: “Sabah biz qalib gəlməliyik”
İlham Əliyev federasiya prezidentini təltif etdi
Məhkəmə Mbappenin iddiasını rədd etdi
Van Bommel Türkiyə üzərində qələbədən danışdı
Türkiyə millisinin ardıcıl üçüncü məğlubiyyəti - Video
Montelladan istefa sualına cavab
“Qarabağ”ın qapıçısı İsveçlə matçı kənardan izlədi
Puxaç darmadağının iştirakçısı olmadı
Varkonyinin debütu yenə baş tutmadı