«İnter»in sabiq baş direktoru Alı Alıyev klubdan ayrılmasında günahkar olan şəxlərin adını açıqlayıb. Qol.Az saytına müsahibəsində A.Alıyev bildirib ki, onun “İnter”dən gedişimdə AFFA-nın o vaxtkı rəhbərliyinin də böyük rolu olub: «Hətta federasiyanın o vaxtkı prezidenti Ramiz Mirzəyev klub rəhbərliyinə zəng edərək demişdi ki, Alı klubdan getməsə, sizin işləriniz yaxşı olmayacaq. O vaxt ortaya belə bir söhbət atmışdılar ki, guya İcraiyyə Komitəsində futboldan kənar adamlar təmsil olunur. Xatirinizdədirsə, İsgəndər Cavadovu da oradan uzaqlaşdırmışdılar və İcraiyyə Komitəsinin iclaslarına buraxmırdılar. Mən həmin vaxt AFFA-nın o vaxtkı baş katibi Fuad Əsədovdan tələb etmişdim ki, desinlər, görək bu nə işdir. Çünki İcraiyyə Komitəsinin üzvlərindən olan Hamlet İsaxanlı “Xəzər Universiteti”nin rektoru olsa da, yeni federasiyanın qurulmasında fəal iştirak edənlərdən olmuşdu. Mən bu fikrə qarşı çox sərt çıxış etim. Təkcə mən yox, çoxları federasiya rəhbərliyinin bu absurd fikrinə qarşı çıxmışdılar. Hətta AFFA-nın o vaxtkı vitse-prezidenti Rauf Əliyev, habelə Mirkamil Rəhimov da iclas zalını tərk etmişdilər».
A.Alıyev bu hadisənin AFFA İcraiyyə Komitəsinin 2006-cı ildə keçirilən iclasında baş verdiyini deyib: «Həmin növbədənkənar konfransdan sonra Ramiz Mirzəyev mənimlə qarşılaşmaq belə istəmirdi. İş elə gətirdi ki, 2007-ci ildə keçirilən konfransda mənə çıxış üçün söz vermədilər və bir nümayəndə kimin adımı siyahıdan çıxardılar. Ondan sonra isə “İnter”dən aralandım. Bir daha deyirəm, “İnter”dən uzaqlaşdırılmağımda o vaxtki AFFA rəhbərliyinin də rolu olmuşdu”.
Rafinya qayıtdı
Avropa Liqasında 18 oyun
“Bəzi futbolçulara şans verməliyəm”
"Liverpul" 9 qolluq matçda qalib gəldi
Vinisius “Barselona” ilə oyunu buraxacaq
Elvinin matçı yarımçıq dayandırıldı
Flik ona istirahət verə bilər
Het-trikdən sonra aparıcı klubların hədəfinə tuş gəldi
Baş məşqçi ilə futbolçu arasında anlaşılmazlıq yarandı
“Bu, dünya futbolunda ən böyük hakimlik qalmaqalı ola bilər”
Arbeloa hakimi tənqid etdi, cəzalandırıldı
Fərid Namazovdan sonra “İmişli”də qərar verildi
Premyer Liqanın ən yaxşısı seçildi
“Arsenal” kütləvi ixtisarlar edə bilər