MOİK baş məşqçisinin istefasını qəbul etmədi

MOİK baş məşqçisinin istefasını qəbul etmədi
XƏBƏR 4 Oktyabr 2010 / 12:38 1856
-  A +

Unibank Premyer Liqasının iştirakçılarından olan MOİK rəhbərliyi baş məşqçisinin istefasını qəbul etməyib. Qol.Az-ın məlumatına görə, “hərbçilər”in gənc çalışdırıcısı Ramil Əliyev son turun “Gəncə” ilə ev oyunundakı darmadağından (0:5) sonra, istefa qərarını açıqlasa da, rəhbərlik onunla işbirliyini davam etdirməkdə israrlı olub.
Qeyd edək ki, MOİK hazırda turnir cədvəlində 8 oyundan sonra 4 xalla 10-cu pillədə qərarlaşıb.


Dünya Çempionatı 2026
Son xəbərlər
15.07.26  15:24

Mönye bu kluba keçdi

topaz banner