Almaniya Bundesliqasında 7-ci turun oyunlarına yekun vurulub. Qol.Az-ın məlumatına görə, hesabat turunun son oyun günündə 3 qarşılaşma keçirilib. Turun mərkəzi oyununda Dortmund “Borussiya”sı “Bavariya”nı qəbul edib və son ölkə çempionunu məğlub yola salıb. “Bayer” – “Verder” matçında isə tərəflərin hərəyə iki qolu qalibi müəyyənləşdirməyə yetməyib. Nəhayət “Ştutqart” – “Ayntraxt” oyununda cari mövsümün əsas uğursuzlarından olan meydan sahibləri növbəti məğlubiyyətini alıb.
Qeyd edək ki, turun digər oyunları əvvəlki günlərdə keçirilmişdi. İlk oyun günündə “Hannover” doğma azarkeşlərinin gözü qarşısında “Sankt Pauli”ylə münasibətlərinə aydınlıq gətirib. Meydan sahibləri qələbə qazanmaqla, liderlər qrupundakı mövqeyini daha da yaxşılaşdırmaq şansına malik olsa da, prinsipial qarşılaşmada 3 xal qonaqlara qismət olub. “Frayburq” növbəti qələbəsini qazanmaqla, liderlər qrupundakı mövqeyini yaxşılaşdırıb. “Hamburq” isə “Kayzerslautern” üzərində əzmkar qələbəyə sevinib. “Volfsburq” Münhenqladbax səfərindən xal itkisiylə döndüyü halda, Bundesliqanın cari mövsümünün sürpriz komandası “Maynts” hamını təəccübləndirməkdə davam edir. Bu komanda keçirdiyi 7-ci oyununu da qələbəylə başa vurmaqla, maksimum nəticə göstərməkdədir. Cari mövsümün əsas uğursuzlarından hesab olunan “Şalke” isə bu dəfə də yenilgiylə üzləşib.
Almaniya Bundesliqası
7-ci tur
1 oktyabr
“Hannover” – “Sankt Pauli” – 0:1
Qol: Ebbers, 6.
Matçın 80-ci dəqiqəsində “Hannover”in oyunçusu Haqquy qırmızı vərəqə alıb.
2 oktyabr
“Frayburq” – “Köln” – 3:2
Qollar: Rosental, 4; 11. Sisse, 70 – Mohamad, 22. Matusçik, 50.
“Hamburq” – “Kayzerslautern” – 2:1
Qollar: Kaçar, 69. Motinq, 84 – Lakiç, 3.
“Maynts” – “Hoffenhaym” – 4:2
Qollar: Allaquy, 2. Tsalay, 47. Luis, 59-öz qapısına. Şörl, 74 – Ba, 41. Siqurdsson, 64.
Matçın 72-ci dəqiqəsində “Hoffenhaym”ın üzvü Simuniç qırmızı vərəqə alıb.
“Borussiya” (Münhenqladbax) – “Volfsburq” – 1:1
Qollar: Marks, 65 – Kahlenberq, 27.
“Nürnberq” – “Şalke” – 2:1
Qollar: Frants, 62. Volf, 84 – Huntelaar, 74.
Matçın 53-cü dəqiqəsində “Şalke”nin üzvü Cons qırmızı vərəqə alıb.
3 oktyabr
“Ştutqart” – “Ayntraxt” – 1:2
Qollar: Poqrebnyak, 85 – Gekas, 18. Kris, 68.
Matçın 84-cü dəqiqəsində “Ştutqart”ın oyunçusu Delpyerre qırmızı vərəqə alıb.
“Bayer” – “Verder” – 2:2
Qollar: Helmes, 16. Derdiyok, 78 – Almeyda, 53. Marin, 62.
“Borussiya” (Dortmund) – “Bavariya” – 2:0
Qollar: Barrios, 52. Nuri Şahin, 60.
| 1 | "Maynts" | 7 | 7 | 0 | 0 | 18-7 | 21 |
| 2 | "Borussiya" D | 7 | 6 | 0 | 1 | 18-5 | 18 |
| 3 | "Hannover" | 7 | 4 | 1 | 2 | 11-8 | 13 |
| 4 | "Frayburq" | 7 | 4 | 0 | 3 | 11-11 | 12 |
| 5 | "Bayer" | 7 | 3 | 3 | 1 | 15-12 | 12 |
| 6 | "Hoffenhaym" | 7 | 3 | 2 | 2 | 13-10 | 11 |
| 7 | "Hamburq" | 7 | 3 | 2 | 2 | 12-11 | 11 |
| 8 | "Volfsburq" | 7 | 3 | 1 | 3 | 12-11 | 10 |
| 9 | "Sankt Pauli" | 7 | 3 | 1 | 3 | 8-8 | 10 |
| 10 | "Ayntraxt" | 7 | 3 | 0 | 4 | 11-9 | 9 |
| 11 | "Nürnberq" | 7 | 2 | 3 | 2 | 7-8 | 9 |
| 12 | "Bavariya" | 7 | 2 | 2 | 3 | 5-8 | 8 |
| 13 | "Verder" | 7 | 2 | 2 | 3 | 11-16 | 8 |
| 14 | "Kayzerslautern" | 7 | 2 | 1 | 4 | 9-13 | 7 |
| 15 | "Borussiya" M | 7 | 1 | 3 | 3 | 11-20 | 6 |
| 16 | "Köln" | 7 | 1 | 2 | 4 | 7-13 | 5 |
| 17 | "Şalke" | 7 | 1 | 1 | 5 | 8-14 | 4 |
| 18 | "Ştutqart" | 7 | 1 | 0 | 6 | 12-15 | 3 |
"Milli sanki meydana heç çıxmamışdı"
Keyn 78 illik rekordu təkrarladı
Argentina ilə oyuna çıxa bilməyəcəklər?
“Turan Tovuz” “Fənərbaxça”ya məğlub oldu
İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi
“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz qərar
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Hücum xəttində problemlərimiz var” - Rəşad Sadıqov
“Turan Tovuz” “Fənərbaxça” ilə matça bu heyətlə çıxır
Rəşad Sadıqov Lixtenşteynlə matçdan danışdı - Video
"Borussiya" "Sabah"la oyun öncəsi futbolçusu üçün narahatdır
"Qarabağ" "Zirə"yə qalib gəldi
"İmişli" "Şəfa" ilə heç-heçə etdi
“Qəbələ” Yaponiya millisinə uduzdu
“Qaradağ Lökbatan” və “Şəmkir”dən böyükhesablı qələbə
Çempionlar Liqası matçını buraxa bilər
Messi yeni klubunun qələbəsini belə qeyd etdi - Şəkil
A Seriyasında ayın ən yaxşısı oldu
"Sabah"dan ayrıldı, Kosovo klubuna keçdi
"Qəbələ" albaniyalı futbolçu transfer etdi
Rafinya yenə La Liqanın ən yaxşısı seçildi
Kukurelya: "Qızıl top"da özümə səs verərdim"
Ukrayna millisinin antirekordu
Hansı oyun hansı kanalda?
Azərbaycan gimnastları 6 medal qazandılar
Rüfət Abbasov: “Sabah biz qalib gəlməliyik”
İlham Əliyev federasiya prezidentini təltif etdi
Məhkəmə Mbappenin iddiasını rədd etdi
Van Bommel Türkiyə üzərində qələbədən danışdı
Türkiyə millisinin ardıcıl üçüncü məğlubiyyəti - Video
Montelladan istefa sualına cavab
“Qarabağ”ın qapıçısı İsveçlə matçı kənardan izlədi
Puxaç darmadağının iştirakçısı olmadı
Varkonyinin debütu yenə baş tutmadı