Ölkəmizdə qadın futbolunun inkişafı, qızlar arasında bu idman növünün təbliğatının gücləndirilməsi və kütləviliyin təmin olunması məqsədilə Mingəçevir şəhərində "Qadın futbolu festivalı" keçirilib. Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, festival çərçivəsində Mingəçevir, Gəncə, İmişli və Şəki şəhərlərini təmsil edən qızlardan ibarət komandalar arasında mini-turnir təşkil olunub.
İlk oyunda Mingəçevir və Şəki komandaları qarşılaşıb. 3:2 hesabı ilə qələbə qazanan Mingəçevir komandası finala vəsiqə qazanıb. Digər yarımfinal oyununda İmişli və Gəncə komandaları üz-üzə gəliblər. Gəncə 2:0 hesabı ilə qələbə qazanaraq finalda Mingəçevir komandasının rəqibi olub. 3-cü yer uğrunda oyunda Şəki İmişli komandasını 2:0 hesabı ilə məğlub edərək 3-cü pilləyə sahib çıxıb. Finalda isə Gəncə komandası Mingəçeviri 3:2 hesabı ilə məğlub edərək mini-turnirin qalibi adını qazanıb. Festivalın sonunda komandalara AFFA-nın hədiyyələri təqdim olunub.
Tarixdə ilk
Keyn Runini geridə qoydu
İngiltərə uğurlu seriyasını qoruya biləcək?
"Argentina ilə gərgin və emosional mübarizəyə hazırıq"
"Heyətdə dəyişikliklər ola bilər" - Qurban Qurbanov
İngiltərə - Argentina: Heyətlər
"Zirə"nin "Torpedo" hazırlığından - Şəkillər
"Liverpul" ona 60 milyon xərcləməyə hazırdır
Salah "Çelsi"yə qayıdır?
"Gedişatı dəyişmək üçün hər şey edəcəklər" - Rəşad Sadıqov
Mourinyo onun gedişinə mane oldu
Ölkə çempionu 6-cı diviziona göndərildi
FİFA DÇ-2026-nın finalında fasiləni uzatmağı planlaşdırır
Dünya çempionatları tarixinə düşdü
Obameyanq "Deportivo"ya qayıdır