Unibank Premyer Liqasının ən prinsipial qarşılaşmalarından olan “Xəzər Lənkəran” – “Bakı” xoşagəlməz bir olayla yaddaqalan oldu. Qol.Az-ın məlumatına görə, dünən hesabat turunun qapanış matçının sonlarında meydan sahiblərinin və millimizin qapıçısı Kamran Ağayev qeyri-etik hərəkətə yol verməklə, bütün diqqətləri özünə çəkdi. Belə ki, görüşün 85-ci dəqiqəsində qonaq komanda hesabı bərabərləşdirdikdən sonra paytaxt klubunun moldovalı müdafiəçisi Vyaçeslav Sofroni tordan çıxardığı topu tez meydanın mərkəzinə aparmaq istədi. Lakin bu vaxt millimizin qapıçısının hücumuna məruz qalan legioner oyunçuya qarşı heç də idmançıya yaraşmayan bir hərəkətin şahidi olduq. Ağayev Sofronini itələməklə kifayətlənməyib, üstəlik hirsini ona dirsək zərbəsi vurmaqla çıxdı. Lakin ən maraqlısı matçın baş hakimi Fariz Yusifovun bu epizodu görməməsi və Kamranın cəzasız qalması oldu.
Maraq üçün sonda onu da vurğulayaq ki, bu oyunda Kamran Ağayevin qolsuzluq seriyası qırıldı. Dünənki oyuna qədər 635 dəqiqə qapısını toxunulmaz saxlayan qolkiper matçın 85-ci dəqiqəsinə qədər qol buraxmamaqla şəxsi rekordunu 720 dəqiqəyə çatdırdı. O, artıq bu göstərici ilə Beynəlxalq Futbol Tarixi və Statistika Federasiyasının siyahısına da düşüb. Görünür onun Sofroniyə qarşı xoşagəlməz hərəkəti məhz bu seriyasının qırılmasının acığını çıxmaq məqsədi daşıyıb. Lakin nəzərə alsaq ki, nəinki bütün azərbaycanlı futbolsevərlərə, həmçinin bütün dünyaya canlı yayımlanan bu oyunda Kamranın həmin hərəkətini hər kəs gördü, bu, millinin “1 nömrə”si üçün çox pis imic formalaşdırdı.
"Milli sanki meydana heç çıxmamışdı"
Keyn 78 illik rekordu təkrarladı
Argentina ilə oyuna çıxa bilməyəcəklər?
“Turan Tovuz” “Fənərbaxça”ya məğlub oldu
İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi
“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz qərar
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Hücum xəttində problemlərimiz var” - Rəşad Sadıqov
“Turan Tovuz” “Fənərbaxça” ilə matça bu heyətlə çıxır
Rəşad Sadıqov Lixtenşteynlə matçdan danışdı - Video
"Borussiya" "Sabah"la oyun öncəsi futbolçusu üçün narahatdır
"Qarabağ" "Zirə"yə qalib gəldi
"İmişli" "Şəfa" ilə heç-heçə etdi
“Qəbələ” Yaponiya millisinə uduzdu
“Qaradağ Lökbatan” və “Şəmkir”dən böyükhesablı qələbə
Çempionlar Liqası matçını buraxa bilər
Messi yeni klubunun qələbəsini belə qeyd etdi - Şəkil
A Seriyasında ayın ən yaxşısı oldu
"Sabah"dan ayrıldı, Kosovo klubuna keçdi
"Qəbələ" albaniyalı futbolçu transfer etdi
Rafinya yenə La Liqanın ən yaxşısı seçildi
Kukurelya: "Qızıl top"da özümə səs verərdim"
Ukrayna millisinin antirekordu
Hansı oyun hansı kanalda?
Azərbaycan gimnastları 6 medal qazandılar
Rüfət Abbasov: “Sabah biz qalib gəlməliyik”
İlham Əliyev federasiya prezidentini təltif etdi
Məhkəmə Mbappenin iddiasını rədd etdi
Van Bommel Türkiyə üzərində qələbədən danışdı
Türkiyə millisinin ardıcıl üçüncü məğlubiyyəti - Video
Montelladan istefa sualına cavab
“Qarabağ”ın qapıçısı İsveçlə matçı kənardan izlədi
Puxaç darmadağının iştirakçısı olmadı
Varkonyinin debütu yenə baş tutmadı