Almaniya Bundesliqasında 7-ci turun növbəti oyunları keçirilib. Qol.Az-ın məlumatına görə, hesabat turunun ikinci oyun günündə “Frayburq” növbəti qələbəsini qazanmaqla, liderlər qrupundakı mövqeyini yaxşılaşdırıb. “Hamburq” isə “Kayzerslautern” üzərində əzmkar qələbəyə sevinib. “Volfsburq” Münhenqladbax səfərindən xal itkisiylə döndüyü halda, Bundesliqanın cari mövsümünün sürpriz komandası “Maynts” hamını təəccübləndirməkdə davam edir. Bu komanda keçirdiyi 7-ci oyununu da qələbəylə başa vurmaqla, maksimum nəticə göstərməkdədir. Cari mövsümün əsas uğursuzlarından hesab olunan “Şalke” isə bu dəfə də yenilgiylə üzləşib.
Qeyd edək ki, bu turun ilk oyun günündə “Hannover” doğma azarkeşlərinin gözü qarşısında “Sankt Pauli”ylə münasibətlərinə aydınlıq gətirib. Meydan sahibləri qələbə qazanmaqla, liderlər qrupundakı mövqeyini daha da yaxşılaşdırmaq şansına malik olsa da, prinsipial qarşılaşmada 3 xal qonaqlara qismət olub.
Hesabat turuna bu gün keçiriləcək oyunlarla yekun vurulacaq.
Almaniya Bundesliqası
7-ci tur
1 oktyabr
“Hannover” – “Sankt Pauli” – 0:1
Qol: Ebbers, 6.
Matçın 80-ci dəqiqəsində “Hannover”in oyunçusu Haqquy qırmızı vərəqə alıb.
2 oktyabr
“Frayburq” – “Köln” – 3:2
Qollar: Rosental, 4; 11. Sisse, 70 – Mohamad, 22. Matusçik, 50.
“Hamburq” – “Kayzerslautern” – 2:1
Qollar: Kaçar, 69. Motinq, 84 – Lakiç, 3.
“Maynts” – “Hoffenhaym” – 4:2
Qollar: Allaquy, 2. Tsalay, 47. Luis, 59-öz qapısına. Şörl, 74 – Ba, 41. Siqurdsson, 64.
Matçın 72-ci dəqiqəsində “Hoffenhaym”ın üzvü Simuniç qırmızı vərəqə alıb.
“Borussiya” (Münhenqladbax) – “Volfsburq” – 1:1
Qollar: Marks, 65 – Kahlenberq, 27.
“Nürnberq” – “Şalke” – 2:1
Qollar: Frants, 62. Volf, 84 – Huntelaar, 74.
Matçın 53-cü dəqiqəsində “Şalke”nin üzvü Cons qırmızı vərəqə alıb.
3 oktyabr
18:30. “Ştutqart” – “Ayntraxt”
20:30. “Bayer” – “Verder”
20:30. “Borussiya” (Dortmund) – “Bavariya”
1
"Maynts"
7
7
0
0
18-7
21
2
"Borussiya" D
6
5
0
1
16-5
15
3
"Hannover"
7
4
1
2
11-8
13
4
"Frayburq"
7
4
0
3
11-11
12
5
"Bayer"
6
3
2
1
13-10
11
6
"Hoffenhaym"
7
3
2
2
13-10
11
7
"Hamburq"
7
3
2
2
12-11
11
8
"Volfsburq"
7
3
1
3
12-11
10
9
"Sankt Pauli"
7
3
1
3
8-8
10
10
"Nürnberq"
7
2
3
2
7-8
9
11
"Bavariya"
6
2
2
2
5-6
8
12
"Kayzerslautern"
7
2
1
4
9-13
7
13
"Verder"
6
2
1
3
9-14
7
14
"Ayntraxt"
6
2
0
4
9-8
6
15
"Borussiya" M
7
1
3
3
11-20
6
16
"Köln"
7
1
2
4
7-13
5
17
"Şalke"
7
1
1
5
8-14
4
18
"Ştutqart"
6
1
0
5
11-13
3
Tarixdə ilk
Keyn Runini geridə qoydu
İngiltərə uğurlu seriyasını qoruya biləcək?
"Argentina ilə gərgin və emosional mübarizəyə hazırıq"
"Heyətdə dəyişikliklər ola bilər" - Qurban Qurbanov
İngiltərə - Argentina: Heyətlər
"Zirə"nin "Torpedo" hazırlığından - Şəkillər
"Liverpul" ona 60 milyon xərcləməyə hazırdır
Salah "Çelsi"yə qayıdır?
"Gedişatı dəyişmək üçün hər şey edəcəklər" - Rəşad Sadıqov
Mourinyo onun gedişinə mane oldu
Ölkə çempionu 6-cı diviziona göndərildi
FİFA DÇ-2026-nın finalında fasiləni uzatmağı planlaşdırır
Dünya çempionatları tarixinə düşdü
Obameyanq "Deportivo"ya qayıdır