Ueyn Runi yenidən əvvəlki formasını bərpa edəcəyinə inanır

Ueyn Runi yenidən əvvəlki formasını bərpa edəcəyinə inanır
XƏBƏR 2 Oktyabr 2010 / 20:54 1867
-  A +

Həm həyat yoldaşı ilə münasibətləri, həm də son zamanlarda zəif oyunu ilə müzakirə obyektinə çevrilən “Mançester Yunayted” in hücumçusu Ueyn Runi özü haqqında açıqlamalar verib. Qol.Az-ın məlumatına görə, İngiltərə mətbuatına müsahibə verən Runi bunları bildirib: “Mən də sadəcə bir insanam. Əvvəlki günlərimə qayıtmaq və formaya düşmək üçün əlimdən gələni edirəm. Bunu etmək üçün lazımi gücə malikəm”.
DÇ-2010-dakı oyunu ilə bağlı da fikir bildirən Runi üzüntüsünü dilə gətirib: “Orada olmaq belə çox gözəl bir şeydir. Təbii ki, daha yaxşı nəticə əldə etmək istərdik, ancaq olmadı”.
Yüngül zədəsi olduğunu, amma oktyabrın 12-də Çernoqoriya ilə qarşılaşmada meydanda olacağını bildirən 24 yaşlı ulduz özünə inandığını söyləyib: “Mən daha yaxşı formaya düşəcəyimə inanıram. Əvvəlki oyunumu göstərəcəyimə əminəm”.
Xatırladaq ki, Ueyn Runi İngiltərə Premyer Liqasında “Mançester Yunayted”in heyətində 193 matça çıxıb və 92 qol vurub.

Son xəbərlər