AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində millimizin rəqiblərindən olan Türkiyənin oktyabr ayı üçün proqramı açıqlanıb. Qol.Az-ın Türkiyə Futbol Federasiyasının saytına istinadən verdiyi məlumata görə, sabah Bakı vaxtilə saat 19:00–da İstanbuldakı “Svissotel”də toplanacaq Türkiyə millisi oktyabrın 4–də saat 13:00–da Türkiyə Hava Yollarına aid xüsusi təyyarə ilə Almaniyanın paytaxtı Berlinə yola düşəcək. Almaniyada Havel qəsəbəsi yaxınlığında “Şvilovse resort Berlin” otelində qalacaq Türkiyə millisi məşqlərini “Babelsberq 03” komandasının stadionunda keçirəcək. Quus Hiddinkin komandası oktyabrın 7-də avtobusla Berlinə hərəkət edəcək. Həmin gün Bakı vaxtilə saat 21:30–da hollandiyalı baş məşqçi iki futbolçu ilə birlikdə mətbuat konfransında jurnalistlərin qarşısına çıxacaq. Almaniya – Türkiyə qarşılaşması oktyabrın 8-də Berlin Olimpiya Stadionunda oynanılacaq. 23:45–də başlayacaq qarşılaşmanı İngiltərəni təmsil edən Hovard Uebb idarə edəcək.
Qarşılaşmadan bir gün sonra, oktyabrın 9–da Bakı vaxtilə saat 14:00–da paytaxtımıza səfər edəcək Türkiyə yığma komandası burada “Həyat Park” otelində qonaq olacaq. Azərbaycana ikinci dəfə səfər edəcək Quus Hiddink oktyabrın 11–də, Tofiq Bəhramov adına Respublika stadionunda saat 18:15–də ,Almaniyada olduğu kimi, iki futbolçu ilə birlikdə mətbuat konfransı keçirəcək. Qeyd edək ki, Azərbaycan – Türkiyə qarşılaşması oktyabrın 12–də Tofiq Bəhramov adına Respublika stadionunda saat 20:00–da başlayacaq. Qarşılaşmanı idarə edəcək Rumuniyadan olan baş hakim Aleksandr Dyakona Adrian Vidan və Radu Ginguleaç kömək edəcək. Qarşılaşmanın ehtiyat hakimi isə Sebastyan Koltesku olacaq.
Türkiyə milli komandası oktyabrın 13–də saat 11:00–da Heydər Əliyev adına beynəlxalq hava limanından THY-ə aid xüsusi təyyarə ilə İstanbula qayıdacaq.
Ağstafadakı bərabərlik - Video
"Milan" ayrılığı açıqladı
"Real" Endriki icarəyə verdi
"Mançester Yunayted"in 7 hədəfi
İlin ən yaxşısı seçildi
Göygöldəki 7 qol - Video
"Milan" 18 yaşlı hücumçu transfer etdi
Stankoviçin təyinatı açıqlandı
2-ci liqada ilin son oyunları keçirildi
“Zəfər” Liqasında qalib müəyyənləşdi
"Qarabağ" seneqallı hücumçu üçün təklif göndərib
"Neftçi"də səbrlə gözləmək adəti yoxdur" - Qriqorçuk
"Zaqatala"ya texniki məğlubiyyət verildi
"Zirə"nin qış hazırlıq planı bilindi
Səbuhi Abdullazadə: "Xal qazanmaq üçün əzmkarlıq çatmadı"
Kapitan 100-ü yarıladı
Rafinya Alkantara 32 yaşında karyerasını başa vurdu
FİFA qadağanı ləğv etdi
Azərbaycan millisinin formaları satışda - Şəkillər
"Milan" Divok Origi ilə yolları ayırdı
“Sabah”dan ilk: 10-cu qış çempionu
185 oyunda 447 qol: “Qarabağ”dan üstünlük
“Sumqayıt” hamını qabaqladı
Neymar əməliyyat olundu
"Napoli" Superkuboku belə qazandı - Video
“Atletik” öz meydanında uduzdu
Salah Misirə qələbə qazandırdı
İtaliya Superkubokunun qalibi müəyyənləşdi
“Traktor”dan ardıcıl dördüncü qələbə - ÇL
Türkiyə Superliqasında 2 oyunda 13 qol
"Sabah"ı liderliyə yüksəldən əzmkar qələbəsi - Video
PSJ baş məşqçisi ilə ömürlük müqavilə imzalayır?
"Qış çempionluğu medal qazandırmır" - Valdas Dambrauskas
Benzema Pikassonun milyon avroluq tablosunu aldı
Misli Premyer Liqasında 1 aylıq fasilə başladı
"Sabah"dan böyükhesablı qələbə, qış çempionu oldular
Neymar karyerasının həlledici qərarını verəcək
Bundesliqada il ərzində liderlikdən düşmədilər
A Seriyasında Avstraliya planı təxirə salındı
"Mançester Yunayted" geri addım atdı
Enrike, Mareska, Flik...
"Fənərbaxça"ya transferi gərçəkləşmək üzrədir
"Sumqayıt" - "Sabah": Heyətlər