“Muğan” “İnter”ə məğlubiyyətin məsuliyyətini baş hakimin üstünə atdı

“Muğan” “İnter”ə məğlubiyyətin məsuliyyətini baş hakimin üstünə atdı
XƏBƏR 2 Oktyabr 2010 / 17:34 1813
-  A +

Unibank Premyer Liqasının 8-ci turu çərçivəsində Bakıda “İnter”ə minimal hesabla məğlub olan “Muğan” bu oyundakı yenilgiyə görə, baş hakim Elnur Muradovu ittiham edib. Salyan klubu rəsmi saytı vasitəsilə yaydığı bəyanatda, onun matçboyu yol verdiyi xətaları sadalayaraq, son ölkə çempionuna ədalətsiz şəkildə yenildiklərini, referinin qərarlarının matçın nəticəsinə bilavasitə təsir göstərdiyini iddia edib. Həmin bəyanatı olduğu kimi, diqqətinizə çatdırırıq.
“Dünən Unibank Premyer Liqasında sözün əsl mənasında turun ən çox müzakirə doğuran matçını izlədik. Oyunun yüksək mübarizə şəraitində keçməsinə baxmayaraq bir sıra epizodlarda qeyri-obyektiv məqamların şahidi olduq. İndi bu epizodlardan bir neçəsini sizin diqqətinizə çatdırmaq istərdik.
 Matçın 47–ci dəqiqəsində Aleksandr Çertoqanovun Elnur Abdullayevə vurduğu zərbə nəticəsində referi Çertoqanovu sarı vərəqə ilə cəzalandırdı. Halbuki, qaydalara əsasən qəsdən edilmiş bu cür hərəkətlər dünya futbolu praktikasında birmənalı olaraq qırmızı vərəqə ilə cəzalandırılır. Matçdakı ən çox sual doğuran vəziyyət isə sağ cinah müdafiəçsi Novruz Məmmədovun Dmitri Kruqlovla mübarizə şəraitində baş verdi. Sadə dildə desək, hakim yalnış olaraq “Muğan”ın qapısına 11 metrlik cərimə zərbəsi təyin etdi. Və çox təəssüflə qeyd etməliyik ki, bu yalnışlıq matçın taleyinin həll etdi və matç ərzində “Muğan” futbolçularının çəkdikləri zəhmət demək olar ki, hədər getdi.
Çox keçmədi ki, daha bir cərimə epizodu “İnter” komandasının qapısı qarşısında yarandı. 89–cu dəqiqədə Daniel Genov əli və ayağı ilə Tural Axundovu itələdi. Birmənalı şəkildə yaranmış penalti vəziyyəti matçın referisi tərəfindən çox anlaşılmaz şəkildə davam qərarı ilə yekunlaşdı.
Nəinki futbol ümumiyyətlə idmana yaraşmayan ən neqativ hal 90+2 ci dəqiqədə yaşandı. “İnter” komandasının qapıçısı Dmitri Kramarenko Nikolay Petrov Valevi hakimin və stadiona toplaşan tamaşaçıların gözü qarşısında vurdu və qapıçı tərəfindən yaranmış olan bu çaxnaşma digər oyunçuların da münaqişəyə müdaxiləsi və mübahisənin daha da böyüməsinə səbəb oldu. Az sonra İlia Kandelaki zərbə ilə Anxel Qutyerresi yerə sərdi. “İnter” komandasının qapıçısının yaratdığı bu dava–dalaş və matçda vaxt itkisinə yönəlik hərəkətlər qolkiperə sadəcə olaraq sarı vərəqə göstərilməsi ilə nəticələndi.
“Muğan” Futbol Klubu olaraq 01.10.2010 tarixdə keçirilmiş “İnter” – “Muğan” oyununda yol verilmiş hakim xətalarından təəsüfləndiyimizi və bu cür neqativ halların futbolumuzun inkişafına maneə olduğunu bildirmək istərdik”.


Son xəbərlər