Türkiyədə yetərincə olmadığı, Superliqa oyunlarını izləmədiyi üçün tənqid olunan milli komandanın baş məşqçisi Qus Hiddink qarşıdakı Almaniya və Azərbaycanla oyunlardan sonra yaranacaq 5 aylıq fasilə dönəmində “ay-ulduz”lu komandada islahatlara əl atacaq. Qol.Az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, bu barədə Hiddinkin köməkçisi Oğuz Çətin açıqlamalar verib.
Türkiyə millisi üçün hədəf olaraq, ilk dörd oyundan qələbəylə ayrılmağı seçdiklərini deyən Çətin, bununla bağlı belə danışıb: “Baş məşqçimiz hazırda lazım olan oyunları seyr edir. Vəzifəyə başlayandan sonra onun qarşısında çox qısa zaman kəsiyi vardı. Əvvəlcə qrupda oynayacaq ilk görüşləri uğurla bitirməyi düşündük. Azərbaycanla oyundan sonra Hiddinkin beş ay vaxtı olacaq. Bu zaman kəsiyində biri Hollandiyada olmaq üzrə iki hazırlıq matçı oynayacağıq. Bu beş aylıq zaman içində Hiddink Türkiyə çempionatını daha yaxından izləyəcək. Yeni-yeni adları heyətə daxil edərək, uzun müddətli düşüncələrini həyata keçirəcək. Amma indi milli üçün önəmli olan, ilk dörd matçımızdan dörd qalibiyyətlə ayrılmaqdır. İlk iki matçı qazandık. İnşallah Almaniya və Azərbaycanla oyunları da itkisiz başa vurarıq”.
Çətin, baş məşqçinin Almaniya və millimizlə oyunlar üçün heyəti bu gün açıqlayacağını da bildirib.
Tarixdə ilk
Keyn Runini geridə qoydu
İngiltərə uğurlu seriyasını qoruya biləcək?
"Argentina ilə gərgin və emosional mübarizəyə hazırıq"
"Heyətdə dəyişikliklər ola bilər" - Qurban Qurbanov
İngiltərə - Argentina: Heyətlər
"Zirə"nin "Torpedo" hazırlığından - Şəkillər
"Liverpul" ona 60 milyon xərcləməyə hazırdır
Salah "Çelsi"yə qayıdır?
"Gedişatı dəyişmək üçün hər şey edəcəklər" - Rəşad Sadıqov
Mourinyo onun gedişinə mane oldu
Ölkə çempionu 6-cı diviziona göndərildi
FİFA DÇ-2026-nın finalında fasiləni uzatmağı planlaşdırır
Dünya çempionatları tarixinə düşdü
Obameyanq "Deportivo"ya qayıdır