İspaniyanın “Real” klubu böyük örnək göstərilə biləcək bir xeyriyyəçilik tədbirini həyata keçirib. Qol.Az-ın məlumatına görə, Madrid klubunun rəhbərliyi hazırda Çilidəki mədəndə həyatı təhlükədə olan 33 işçiyə dəstək nümayiş etdiriblər. La liqa təmsilçisi uçqun altında qalan, lakin sağ qalan həmin insanların ailələrinə yardım əlini uzadıb.
Buna Çilidə qurulan “Real”ın azarkeş qrupunun klubla əlaqə yaratması səbəb olub. Məhz bundan sonra klub rəsmiləri məhz ordakı azarkeşlərinin də dəstəyi ilə bu yardımı gerçəkləşdirmək qərarına gəliblər. İşçilərin ailələrinə hədiyyələr və yardım paketləri göndərən “Real” 33 mədənçini “Santyaqo Bernabeu”da oynananacaq bir matça toplu olaraq dəvət etməyi də unutmayıb.
Qeyd edək ki, həmin 33 mədənçi avqustun 5-dən bəri uçqun altında qalan mədəndə özləri üçün sığınacaq düzəldiblər və xilas olacaqları günü gözləyirlər.
Tarixdə ilk
Keyn Runini geridə qoydu
İngiltərə uğurlu seriyasını qoruya biləcək?
"Argentina ilə gərgin və emosional mübarizəyə hazırıq"
"Heyətdə dəyişikliklər ola bilər" - Qurban Qurbanov
İngiltərə - Argentina: Heyətlər
"Zirə"nin "Torpedo" hazırlığından - Şəkillər
"Liverpul" ona 60 milyon xərcləməyə hazırdır
Salah "Çelsi"yə qayıdır?
"Gedişatı dəyişmək üçün hər şey edəcəklər" - Rəşad Sadıqov
Mourinyo onun gedişinə mane oldu
Ölkə çempionu 6-cı diviziona göndərildi
FİFA DÇ-2026-nın finalında fasiləni uzatmağı planlaşdırır
Dünya çempionatları tarixinə düşdü