Millimizin kapitanı Rəşad Sadıqovun şərəfini qoruduğu “Eskişəhərspor”da Rza Çalımbayın postundan ayrılmasından sonra baş məşqçi axtarışları hələ də bir bəhrə vermir. Qol.Az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, klubun vitse-prezidenti Mesut Hoşcan bəzi mütəxəssislərlə rəsmi danışıqlar apardıqlarını açıqlasa da, onlarla anlaşma əldə edə bilməyiblər. Hoşcan, Ersun Yanal’la görüştüklerini ancak Yanal’ın gelmek istemesine rağmen mili takımda yürüttüğü görevinden dolayı olumlu sonuç alamadıklarını açıkladı. Onun sözlərinə görə, klub prezidenti Halil Ünal şəxsən Ersun Yanal və “Fənərbaxça”nın sabiq çalışdırıcısı Kristof Daumla danışıqlar aparıb. Lakin onların heç biri həmyerlimizin komandasını çalışdırmağa razı olmayıb. Bundan əlavə, onlar “Fənərbaxça”nın daha bir sabiq baş məşqçisi, Braziliyanın “Flamenqo” klubundan yenicə istefa verən Zikoyla da əlaqə saxlayıblar. Lakin braziliyalı mütəxəssis də bu komandanı çalışdırmaqdan imtina edib.
Lakin uğursuz cəhdlərə rəğmən, Hoşcan tezliklə bu problemi yoluna qoyacaqlarına əminliyini vurğulayıb.
Tarixdə ilk
Keyn Runini geridə qoydu
İngiltərə uğurlu seriyasını qoruya biləcək?
"Argentina ilə gərgin və emosional mübarizəyə hazırıq"
"Heyətdə dəyişikliklər ola bilər" - Qurban Qurbanov
İngiltərə - Argentina: Heyətlər
"Zirə"nin "Torpedo" hazırlığından - Şəkillər
"Liverpul" ona 60 milyon xərcləməyə hazırdır
Salah "Çelsi"yə qayıdır?
"Gedişatı dəyişmək üçün hər şey edəcəklər" - Rəşad Sadıqov
Mourinyo onun gedişinə mane oldu
Ölkə çempionu 6-cı diviziona göndərildi
FİFA DÇ-2026-nın finalında fasiləni uzatmağı planlaşdırır
Dünya çempionatları tarixinə düşdü