Türkiyə Superliqasında 7-ci turun oyunlarına start verilib. Millimizin kapitanı Rəşad Sadıqovun şərəfini qoruduğu “Eskişəhərspor” da turun ilk oyun günündə meydana çıxıb. Ötən tur doğma divarlar arasındakı məğlubiyyətdən sonra baş məşqçi Rza Çalımbayla yollarını ayıran eskişəhərliləri Buca səfərindəki çətin qarşılaşmaya uşaq məşqçilərindən Haldun Girginer çıxarıb. Lakin o da, həmyerlimizin debütünə şərait yaratmayıb. İlk “18-liy”ə salınan Rəşad qarşılaşmanı ehtiyat oyunçular skamyasından izləyib.
Oyuna gəlincə, tərəflərin hesabı açmaq cəhdləri 90 dəqiqə boyunca bəhrəsiz qalıb və qarşılaşma 0:0 başa çatıb. Beləcə cari mövsümdə 3-cü xalını qazanan Sadıqovun komandası növbəti oyunda da qələbə həsrətinə son qoya bilməyib.
Tarixdə ilk
Keyn Runini geridə qoydu
İngiltərə uğurlu seriyasını qoruya biləcək?
"Argentina ilə gərgin və emosional mübarizəyə hazırıq"
"Heyətdə dəyişikliklər ola bilər" - Qurban Qurbanov
İngiltərə - Argentina: Heyətlər
"Zirə"nin "Torpedo" hazırlığından - Şəkillər
"Liverpul" ona 60 milyon xərcləməyə hazırdır
Salah "Çelsi"yə qayıdır?
"Gedişatı dəyişmək üçün hər şey edəcəklər" - Rəşad Sadıqov
Mourinyo onun gedişinə mane oldu
Ölkə çempionu 6-cı diviziona göndərildi
FİFA DÇ-2026-nın finalında fasiləni uzatmağı planlaşdırır
Dünya çempionatları tarixinə düşdü