Günorta saatlarında polis tərəfindən nəzarətə götürülən “Bursaspor”un prezidenti İbrahim Yazıcı sərbəst buraxılıb. Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, onun polisə düşməsinə səbəb tamamilə yanlış anlaşılmadan ibarət olub. Belə ki, klubun prezidenti İbrahim Yazıcı eyni adı daşıyan başqa bir İbrahim Yazıcı ilə qarışıq salınıb. Nəticədə adların eyni olması polis idarəsinin yanlış seçim etməsinə gətirib çıxarıb. “Bursaspor”un idarə heyətinin hüquqi işləri ilə məşğul olan üzvü, vəkil Öztürk Yazıcı mətbuat nümayəndələrinə verdiyi açıqlamada bunları bildirib: “İbrahim bəy polis tərəfindən ifadəsi alınmalı olan başqa bir İbrahim Yazıcı ilə qarışıq salınıb. İbrahim bəy artıq sərbəstdir. Məsələ ilə bağlı polis idarəsindən də açıqlama verəcəklərini bildiriblər. Güman edildiyi kimi klubumuzun prezidentinin hansısa layihədə saxtakarlıq etməsi, saxta işlərlə bağlı telefon danışıqlarından söhbət gedə bilməz. Tamamilə türk işi... Sadəcə adların eyni olması məsələnin belə qarışmasına səbəb olub. Amma daha sonra biz tutulmalı olan İbrahim Yazıcının məlumatlarını topladıq və polis idarəsinə təqdim etdik. Beləliklə hər şey aydın oldu”. Jurnalistlərə çox qısa şəkildə açıqlama verən “Bursaspor”un prezidenti İbrahim Yazıcı da yanlış anlaşılma olduğunu bildirib: “Bir məsələ ilə bağlı ifadə verdim. Yalnış anlaşılmadan ötrü polis orqanları da məndən üzr istədi”.
Tarixdə ilk
Keyn Runini geridə qoydu
İngiltərə uğurlu seriyasını qoruya biləcək?
"Argentina ilə gərgin və emosional mübarizəyə hazırıq"
"Heyətdə dəyişikliklər ola bilər" - Qurban Qurbanov
İngiltərə - Argentina: Heyətlər
"Zirə"nin "Torpedo" hazırlığından - Şəkillər
"Liverpul" ona 60 milyon xərcləməyə hazırdır
Salah "Çelsi"yə qayıdır?
"Gedişatı dəyişmək üçün hər şey edəcəklər" - Rəşad Sadıqov
Mourinyo onun gedişinə mane oldu
Ölkə çempionu 6-cı diviziona göndərildi
FİFA DÇ-2026-nın finalında fasiləni uzatmağı planlaşdırır
Dünya çempionatları tarixinə düşdü