Unibank Premyer Liqasında çıxış edən komandaların əvəzedici heyətləri arasında təşkil olunan Azərbaycan çempionatında 8-ci turun daha iki oyunu keçirilib. Qol.Az-ın məlumatına görə, bir oyunu dünən keçirilən hesabat turunun bu günkü iki oyunundan birində MOİK-lə “Gəncə” xalları yarı bölüb. Cari mövsüm uğursuz çıxışı ilə hər kəsi təəccübləndirməyə davam edən “Qarabağ” isə “Turan” səfərində növbəti yenilgisini alıb. Bu, son ölkə çempionu olan Ağdam təmsilçisinin 8-ci oyununda 5-ci məğlubiyyəti oldu.
Qeyd edək ki, 8-ci turun "Neftçi" - AZAL, "İnter" - "Muğan" və "Xəzər Lənkəran" - Bakı" oyunları "Neftçi", "İnter" və "Bakı" klublarının 3 və daha çox üzvünün U-17 və U-19 Azərbaycan milli komandalarının heyətində təlim-məşq toplanışı və Avropa çempionatının seçmə mərhələ oyunlarında iştirakı ilə əlaqədar olaraq təxirə salınıb.
Əvəzedicilərin çempionatı
8-ci tur
1 oktyabr
"Turan" - "Qarabağ" - 3:1
Qollar: Viktor Qonta, 21. Akif Tağıyev, 32. Seymur Tağıyev, 86 - Urfan Abbasov, 90+3.
MOİK - "Gəncə" - 1:1
Qollar: Cavidan Ağayev, 72 - Elxan Əzizov, 45+1.
| 1 | "Turan" | 8 | 6 | 1 | 1 | 15-7 | 19 |
| 2 | "Qəbələ" | 8 | 5 | 1 | 2 | 20-10 | 16 |
| 3 | "Bakı" | 7 | 4 | 2 | 1 | 15-6 | 14 |
| 4 | AZAL | 7 | 4 | 2 | 1 | 11-3 | 14 |
| 5 | "İnter" | 7 | 4 | 1 | 2 | 9-9 | 13 |
| 6 | "Neftçi" | 7 | 4 | 0 | 3 | 18-9 | 12 |
| 7 | "Muğan" | 7 | 4 | 0 | 3 | 7-7 | 12 |
| 8 | MOİK | 8 | 3 | 2 | 3 | 9-9 | 11 |
| 9 | "Qarabağ" | 8 | 2 | 1 | 5 | 9-13 | 7 |
| 10 | "Xəzər Lənkəran" | 7 | 2 | 0 | 5 | 6-15 | 6 |
| 11 | "Gəncə" | 8 | 1 | 2 | 5 | 9-14 | 5 |
| 12 | "Simurq" | 8 | 0 | 0 | 8 | 3-27 | 0 |
Tarixdə ilk
Keyn Runini geridə qoydu
İngiltərə uğurlu seriyasını qoruya biləcək?
"Argentina ilə gərgin və emosional mübarizəyə hazırıq"
"Heyətdə dəyişikliklər ola bilər" - Qurban Qurbanov
İngiltərə - Argentina: Heyətlər
"Zirə"nin "Torpedo" hazırlığından - Şəkillər
"Liverpul" ona 60 milyon xərcləməyə hazırdır
Salah "Çelsi"yə qayıdır?
"Gedişatı dəyişmək üçün hər şey edəcəklər" - Rəşad Sadıqov
Mourinyo onun gedişinə mane oldu
Ölkə çempionu 6-cı diviziona göndərildi
FİFA DÇ-2026-nın finalında fasiləni uzatmağı planlaşdırır
Dünya çempionatları tarixinə düşdü