"Ayaks" azarkeşlərə jest edərək çempionluq kubokunu əritdi - Şəkillər

"Ayaks" azarkeşlərə jest edərək çempionluq kubokunu əritdi -  Şəkillər
DÜNYA FUTBOLU 12 May 2021 / 12:50 3374
-  A +

Niderland çempionu“Ayaks” azarkeşlərinə jest edib.

Qol.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Erediviziyanın 2020-2021 mövsümünün qalibi olan Amsterdam təmsilçisi çempionluq kubokunu əridərək kiçik ulduz formasında mövsümlük bilet sahibi olan azarkeşlərinə göndərib.

Ulduzların sayı təqribən 42 min olub. Hər azarkeşə 3.45 qram çəkisi olan ulduz veriləcək.

"Ayaks” Erediviziyada sona iki tur qalmış çempionluğunu rəsmiləşdirib.

 










Səhifənin yuxarısına keçidYuxarı


Son xəbərlər
16.04.24  12:58

Avro-2024-ü buraxacaq