Milli jurnalistikamızın görkəmli nümayəndəsi Şamil Şahməmmədovun 75 yaşı tumam olub. Qol.Az-ın “Neftçi”nin rəsmi saytına istinadən məlumatına görə, bu münasibətlə Azərbaycan Mətbuat Şurası mərasim keçirib.
Tədbiri açıq elan edən mətbuat şurasının sədri Əflatun Amaşov yubilyarın keçdiyi ömür yolundan bəhs etdi. Çıxış edənlər Vüqar Rəhimzadə, Yusif Kərimov, Bəxtiyar Sadıqov, Məzahir Süleymanzadə, Altay Zahidov, Dağbəyi İsmayılov da səbəbkara can sağlığı arzulayıb. Toplantıda Ş.Şahməmmədovun ömür yolu, çağdaş mətbuat işçiləri üçün örnək olacaq yaradıcılığı haqqında geniş fikir mübadilələri aparılıb, xatirələr səslənib. "Neftçi" PFK-nın rəhbərliyi Şamil Şahməmmədovu yaddan çıxarmayıb. Belə ki, tədbirdə iştirak edən "Neftçi" PFK-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Elnur Əşrəfoğlu çıxış edərək, Şamil Şahməmmədovun keçdiyi həyat yolu və yaradıcılığının Azərbaycan jurnalistika nümayəndələri üçün əsl məktəb olduğunu bildirdi: "Onun "Neftçi" futbol klubu haqqında məsləhətləri, yazıları, şərhləri bizim üçün hər zaman dəyərli yaddaş rolunu oynayacaq".
Sonra yubilyara "Neftçi" futbol klubunun 75 nömrəli forması, flaqmanın tarixindən bəhs edən "Unudulmayan keçmiş" kitabı, həmçinin klubun atributları hədiyyə edilib.
Qeyd edək ki, Ş.Şahməmmədov fəal jurnalist yaradıcılığına hələ Bakı Dövlət Universitetinin jurnalistika şöbəsinin tələbəsi olarkən başlayıb. Əvvəl radio ilə əməkdaşlıq edib. 1957-ci ildə yeni yaradılan paytaxt qəzeti "Bakı"ya işə götürülüb. Burada müxbir, şöbə müdiri, məsul katib işləyib, baş redaktor vəzifəsinədək yüksəlib. Sonradan "Kommunist" ("Xalq qəzeti") qəzetində baş redaktor müavini, uzun müddət "AzərTAc" Dövlət Teleqraf Agentliyində baş direktor müavini və baş direktor vəzifələrini tutub. Şamil Şahməmmədov hər zaman futbol haqqında yazıları, əsasən də "Neftçi" futbol klubu haqda şərhləri ilə milyonların rəğbətini qazanıb.
Milli jurnalistikamızın inkişafında müstəsna xidmətləri olan Ş.Şahməmmədovun əməyi dəfələrlə yüksək təltiflərlə qiymətləndirilib. "Şöhrət" ordenli qələm sahibi Azərbaycanda bu yüksək dövlət təltifini alan ilk jurnalist kimi tarixə düşüb. O, həmçinin Prezident təqaüdçüsüdür.
"Milli sanki meydana heç çıxmamışdı"
Keyn 78 illik rekordu təkrarladı
Argentina ilə oyuna çıxa bilməyəcəklər?
“Turan Tovuz” “Fənərbaxça”ya məğlub oldu
İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi
“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz qərar
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Hücum xəttində problemlərimiz var” - Rəşad Sadıqov
“Turan Tovuz” “Fənərbaxça” ilə matça bu heyətlə çıxır
Rəşad Sadıqov Lixtenşteynlə matçdan danışdı - Video
"Borussiya" "Sabah"la oyun öncəsi futbolçusu üçün narahatdır
"Qarabağ" "Zirə"yə qalib gəldi
"İmişli" "Şəfa" ilə heç-heçə etdi
“Qəbələ” Yaponiya millisinə uduzdu
“Qaradağ Lökbatan” və “Şəmkir”dən böyükhesablı qələbə
Çempionlar Liqası matçını buraxa bilər
Messi yeni klubunun qələbəsini belə qeyd etdi - Şəkil
A Seriyasında ayın ən yaxşısı oldu
"Sabah"dan ayrıldı, Kosovo klubuna keçdi
"Qəbələ" albaniyalı futbolçu transfer etdi
Rafinya yenə La Liqanın ən yaxşısı seçildi
Kukurelya: "Qızıl top"da özümə səs verərdim"
Ukrayna millisinin antirekordu
Hansı oyun hansı kanalda?
Azərbaycan gimnastları 6 medal qazandılar
Rüfət Abbasov: “Sabah biz qalib gəlməliyik”
İlham Əliyev federasiya prezidentini təltif etdi
Məhkəmə Mbappenin iddiasını rədd etdi
Van Bommel Türkiyə üzərində qələbədən danışdı
Türkiyə millisinin ardıcıl üçüncü məğlubiyyəti - Video
Montelladan istefa sualına cavab
“Qarabağ”ın qapıçısı İsveçlə matçı kənardan izlədi