«AFFA-nın əvvəlki rəhbərliyinin fəaliyyəti əsl mafioz qrupun fəaliyyətinə bənzəyirdi». Bu kəskin ittihamı Qol.Az-ın əməkdaşıyla söhbətində Bakının «İnter» klubunun sabiq baş direktoru Alı Alıyev səsləndirib. O bildirib ki, həmin vaxtlar AFFA rəhbərliyi klublar arasında ayrıseçkililiyə yol verib: «Sizə bir fakt danışım. Bir dəfə “Xəzər-Lənkəran”la kubok oyununda qarşılaşırdıq. İlk oyunu evdə oynadıq, təkrar matç üçün isə Lənkərana getməliydik. Həmin vaxt görüşün hakim-inspektoru oyuna komissardan ayrı getmişdi. Halbuki bu belə olmamalıdır. Oyundan bir gün əvvəl rəqib komanda Bakıya xüsusi maşın göndərir və hakimlər briqadası hakim-inspektor başda olmaqla Lənkərana yola düşür. Ertəsi Lənkəranda oyunun komissarından soruşuram, deyir ki, mən bura avtobusla gəlmişəm».
Həmin oyunu FİFA referisi Babək Quliyevin idarə etdiyini deyən A.Alıyevin sözlərinə görə, hakim bu oyunu qərəzli idarə edib: «Təsəvvür edin, bir sarı vərəqəsi olan Rəşad Abdullayev referinin gözünün önündə əllə oynayır, hakim isə buna göz yumur. Sizcə, bunun günahkarı kim ola bilər? Əlbəttə ki, AFFA. Çünki Babək yuxarıdan tapşırıq almasa, o cür oyun idarə etməzdi. Bu isə ona sübut idi ki federasiya klublara fərqli münasibət bəsləyirdi. Amma açığı, burada rəhmətlik Ramiz Mirzəyevin günahı yox idi. Sadəcə orada başqa adam var idi və bütün işləri almışdı əlinə, özü də birbaşa nəzarət edirdi”.
Lakin A.Alıyev bu adamın adını çəkmək istəməyib.
İrəliləyən dəqiqələrdə A.Alıyevlə geniş müsahibəni oxuya bilərsiniz.
Rafinya qayıtdı
Avropa Liqasında 18 oyun
“Bəzi futbolçulara şans verməliyəm”
"Liverpul" 9 qolluq matçda qalib gəldi
Vinisius “Barselona” ilə oyunu buraxacaq
Elvinin matçı yarımçıq dayandırıldı
Flik ona istirahət verə bilər
Het-trikdən sonra aparıcı klubların hədəfinə tuş gəldi
Baş məşqçi ilə futbolçu arasında anlaşılmazlıq yarandı
“Bu, dünya futbolunda ən böyük hakimlik qalmaqalı ola bilər”
Arbeloa hakimi tənqid etdi, cəzalandırıldı
Fərid Namazovdan sonra “İmişli”də qərar verildi
Premyer Liqanın ən yaxşısı seçildi
“Arsenal” kütləvi ixtisarlar edə bilər