Rəşad Sadıqov üçün “Dənizlispor”, İlqar Qurbanov üçün “Beşiktaş”

XƏBƏR 1 Oktyabr 2010 / 02:26 2497
-  A +

Türkiyə kubokunun pley-off mərhələsinin püşkatması keçirilib. Qol.Az-ın qardaş ölkə mətbuatına istinadən məlumatına görə, millimizin kapitanı Rəşad Sadıqovun şərəfini qoruduğu “Eskişəhərspor” aşağı divizion təmsilçisi ilə qarşılaşmaq hüququ qazanıb. Hazırda çətin günlərini yaşayan bu komanda Bank Asya birinci liqada mübarizə aparan “Dənizlispor”la qarşılaşacaq. Rəşadın komandasından fərqli, yığmamızın sabiq oyunçuları İlqar Qurbanovla Ernani Pereyranın forma geydiyi “Mersin İdman Yurdu”nun bəxtinə çətin rəqib düşüb. Mersinlilər hazırda gözəl formada olan “Beşiktaş” səddini adlamaq məcburiyyətindədir.


Son xəbərlər