Rusiyanın Krımsk şəhərində təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət yığmamızın baş məşqçisi Təbriz Həsənov AFFA-nın rəsmi internet saytına müsahibə verib. Həmin müsahibəni diqqətinizə çatdırırıq.
- Bakıdakı hazırlıq prosesi neçə keçdi?
- Komanda sentyabrın 20-dən 27-nə qədər Şağan Olimpiya Kompleksində təlim-məşq toplanışına yığışdı. Əvvəlcədən planlaşdırdığımız kimi, iki yoxlama oyunu keçirdik. Əvvəlcə 1-ci liqada mübarizə aparan “Sumqayıt”la üz-üzə gəldik və 3:0 hesabı ilə qələbə qazandıq. “Neftçi”nin 19 yaşadək futbolçulardan ibarət komandası ilə oyundan isə 3:3 hesablı bərabərliklə ayrıldıq. Bakıdakı təlim-məşq toplanışında əsas vəzifəmiz heyəti formalaşdırmaq və yığmaya cəlb olunmuş yeni futbolçuları yoxlamaq idi. Rusiya millisinin həm fiziki, həm də taktiki cəhətdən güclü olduğunu nəzərə alaraq, keçirdiyimiz yoxlama oyunlarında yaşca bizdən böyük kollektivlərlə oynadıq.
- Fevralda Rusiyanın U-16 yığması ilə Bakıda iki yoxlama oyunu keçirmisiniz. Ötən dövr ərzində millidə hansı dəyişikliklər olub?
- Həmin oyunların birində 0:2 hesabı ilə məğlub olduq. Digər oyun isə 1:1 hesabı ilə başa çatmışdı. O dövrlə müqayisədə komandada kifayət qədər dəyişiklik olub. Həmin heyətdən təxminən 3-4 futbolçu hazırda bizimlədir.
- Rusiyanın 16 yaşadək futbolçulardan ibarət millisinin baş məşqçisi Andrey Talalayev mətbuata açıqlamasında heyətə yeni futbolçular dəvət etdiyini deyib…
- Rusiya millisinin oyunlarını internet vasitəsilə izləyirəm. Talalayevin yetirmələri bu il türkiyəli həmyaşıdları ilə 4 yoxlama oyununda üz-üzə gəliblər və yalnız bir görüşdə məğlub olublar. Bundan başqa, həmin komanda beynəlxalq turnirdə Moldova, Belarus və Latviyadan olan həmyaşıdları ilə qarşılaşıb və bütün oyunlarda meydanı qələbə ilə tərk ediblər. Rusiya yığması heyət baxımından da xeyli güclənib. Hətta “Çelsi”nin oyunçusu olan qapıçını da heyətə cəlb ediblər. Dediyim kimi, bizim komandada da xeyli dəyişiklik var. Rusiya klublarında çıxış edən 6 futbolçu hazırda bizimlədir.
- Bu komanda gələn il U-17-nin əsasını təşkil edəcək. Hazırkı heyətdən neçə futbolçunun U-17-də çıxış edəcək səviyyədə olduğunu düşünürsünüz?
- 17 yaşadək futbolçulardan ibarət yığmanın məşqçilər korpusu bizim komandadan 4 futbolçunu bəyənmiş və onları Almaniyada keçirilən təlim-məşq toplanışına dəvət etmişdilər. Düşünürəm ki, 17 yaşadək futbolçular arasında Portuqaliyada keçiriləcək Avropa çempionatının seçmə mərhələ oyunlarında bu komandadan daha çox futbolçu U-17-yə cəlb olunacaq.
"Milli sanki meydana heç çıxmamışdı"
Keyn 78 illik rekordu təkrarladı
Argentina ilə oyuna çıxa bilməyəcəklər?
“Turan Tovuz” “Fənərbaxça”ya məğlub oldu
İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi
“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz qərar
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Hücum xəttində problemlərimiz var” - Rəşad Sadıqov
“Turan Tovuz” “Fənərbaxça” ilə matça bu heyətlə çıxır
Rəşad Sadıqov Lixtenşteynlə matçdan danışdı - Video
"Borussiya" "Sabah"la oyun öncəsi futbolçusu üçün narahatdır
"Qarabağ" "Zirə"yə qalib gəldi
"İmişli" "Şəfa" ilə heç-heçə etdi
“Qəbələ” Yaponiya millisinə uduzdu
“Qaradağ Lökbatan” və “Şəmkir”dən böyükhesablı qələbə
Çempionlar Liqası matçını buraxa bilər
Messi yeni klubunun qələbəsini belə qeyd etdi - Şəkil
A Seriyasında ayın ən yaxşısı oldu
"Sabah"dan ayrıldı, Kosovo klubuna keçdi
"Qəbələ" albaniyalı futbolçu transfer etdi
Rafinya yenə La Liqanın ən yaxşısı seçildi
Kukurelya: "Qızıl top"da özümə səs verərdim"
Ukrayna millisinin antirekordu
Hansı oyun hansı kanalda?
Azərbaycan gimnastları 6 medal qazandılar
Rüfət Abbasov: “Sabah biz qalib gəlməliyik”
İlham Əliyev federasiya prezidentini təltif etdi
Məhkəmə Mbappenin iddiasını rədd etdi
Van Bommel Türkiyə üzərində qələbədən danışdı
Türkiyə millisinin ardıcıl üçüncü məğlubiyyəti - Video
Montelladan istefa sualına cavab
“Qarabağ”ın qapıçısı İsveçlə matçı kənardan izlədi