"Xəzər Lənkəran"la oyun ərəfəsində “Bakı”nın vitse-prezidenti səlahiyyətlərini icra edən Zeynal Məmmədov müsahibə verib.
- Zeynal müəllim, ötən mövsüm "Xəzər Lənkəran"ı mükafatsız qoydunuz. Rəqibinizin qisas almaq istəyəcəyi gözləniləndir...
- Bu, idmandır. Bunu düşmənçiliyə çevirmək lazım deyil. Futbol 90 dəqiqəlik mübarizədir, bundan sonra hər şey bitir. İstərdim ki, təmiz oyun olsun və güclü komanda qalib gəlsin. Burda qisas və ya başqa nəsə axtarmağa lüzum yoxdur. Biz bu qarşılaşmaya adi çempionat oyunu kimi baxırıq.
- Komandanız oyuna necə hazırlaşır?
- Biz bütün klublara hörmətlə yanaşırıq. Başqa komandalarla oyuna necə hazırlıq gedirsə, belə davam edir.
- Gərginlik aradan qalxıbmı?
- Bunu oyun göstərəcək. Allahın köməyilə yaxşı olar.
- Heyətdə itki yoxdur ki?
- Xeyr, hər şey qaydasındadır.
- "Xəzər Lənkəran" haqda nə fikirdəsiniz?
- Bilirsiniz ki, rəqib liderdir. "Xəzər Lənkəran" güclü komandadır. Lənkəran klubunun "Neftçi" ilə oyununu izləmişik. Çox maraqlı və gərgin oyun oldu.
- Turnir cədvəlində vəziyyət elədir ki, qələbə komandanıza çox vacibdir. Razılaşın ki, heç-heçə böyük itki sayıla bilər?
- Doğrudur. Ancaq neyləmək olar? Həyat və mübarizə davam edir. Qarşıda uzun marafon var. Oyuna gəlincə, uda da, uduza da bilərik, heç-heçə də ola bilər. Ən əsası odur ki, rəqiblər bir-birinə hörmətlə yanaşsın və meydanda sağlam rəqabət olsun.
- Necə fikirləşirsiniz, komandanız altılığa düşə biləcəkmi?
- Komandamızın məqsədi təkcə altılığa düşmək yox, həm də çempionluqdur. Biz həmişə iddialı olmuşuq. Həm çempionluq, həm də kubok uğrunda mübarizə aparırıq. "Bakı" üçün 2-ci yerlə 10-cu pillənin heç bir fərqi yoxdur. Hər şeyə may ayında aydınlıq gələcək. Ölkəmizdə uğur qazandıqdan sonra hədəf Azərbaycanı Avropada layiqincə təmsil etməkdir.
- Ötən çempionatla müqayisədə irəliləyiş var, yoxsa geriləmə?
- Əvvəlki çempionatda qalibin son turda müəyyənləşməsi yarışın çox gərgin keşməsindən xəbər verirdi. İndiki çempionata gəlincə, qəti fikir söyləmək olmaz. Ona görə ki, yarışda cəmi 7 tur arxada qalıb.
Mənbə: supersport.az
"Milli sanki meydana heç çıxmamışdı"
Keyn 78 illik rekordu təkrarladı
Argentina ilə oyuna çıxa bilməyəcəklər?
“Turan Tovuz” “Fənərbaxça”ya məğlub oldu
İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi
“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz qərar
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Hücum xəttində problemlərimiz var” - Rəşad Sadıqov
“Turan Tovuz” “Fənərbaxça” ilə matça bu heyətlə çıxır
Rəşad Sadıqov Lixtenşteynlə matçdan danışdı - Video
"Borussiya" "Sabah"la oyun öncəsi futbolçusu üçün narahatdır
"Qarabağ" "Zirə"yə qalib gəldi
"İmişli" "Şəfa" ilə heç-heçə etdi
“Qəbələ” Yaponiya millisinə uduzdu
“Qaradağ Lökbatan” və “Şəmkir”dən böyükhesablı qələbə
Çempionlar Liqası matçını buraxa bilər
Messi yeni klubunun qələbəsini belə qeyd etdi - Şəkil
A Seriyasında ayın ən yaxşısı oldu
"Sabah"dan ayrıldı, Kosovo klubuna keçdi
"Qəbələ" albaniyalı futbolçu transfer etdi
Rafinya yenə La Liqanın ən yaxşısı seçildi
Kukurelya: "Qızıl top"da özümə səs verərdim"
Ukrayna millisinin antirekordu
Hansı oyun hansı kanalda?
Azərbaycan gimnastları 6 medal qazandılar
Rüfət Abbasov: “Sabah biz qalib gəlməliyik”
İlham Əliyev federasiya prezidentini təltif etdi
Məhkəmə Mbappenin iddiasını rədd etdi
Van Bommel Türkiyə üzərində qələbədən danışdı
Türkiyə millisinin ardıcıl üçüncü məğlubiyyəti - Video
Montelladan istefa sualına cavab
“Qarabağ”ın qapıçısı İsveçlə matçı kənardan izlədi