Çempionlar liqasında rekord göstərici məyyənləşib. Qol.Az-ın məlumatına görə bu həftə keçirilmiş qarşılaşmalarda qapılara 13 penalti təyin edilib. Bundan öncəki rekord isə 2000 – 2001 mövsümünün ilk həftəsinə qeydə alınmışdı. O zaman qapılara 10 penalti zərbəsi təyin edilmişdi. Bu həftə baş tutan qarşılaşmalarda isə təyin edilmiş 13 penalti zərbəsindən 10-u dəqiq yerinə yetirilsə də, 3 cəhd uğursuz alınıb. 11 metrlik cərimə zərbəsindən yararlana bilməyən futbolçular “Tottenhem”li Rafael Van der Vart, “Partizan”lı Kleo və “Arsenal”ın futbolçusu Andrey Arşavindir. “Partizan”-“Arsenal” və dünən keçirilmiş “Tottenhem”-“Tvente” qarşılaşmalarının hər birində qapılara 3 penalti zərbəsi təyin edilib. Digər bir maraqlı fakt ondan ibarətdir ki, “Mançester Yunayted” istisna olmaqla bütün İngilis təmsilçilərinin (“Tottenhem”, “Çelsi”, “Arsenal”) lehinə penalti verilib.
11 metrlik cərimə zərbəsi təyin edilmiş matçlar və yerinə yetirmiş futbolçular aşağıda göstərildiyi kimidir:
“Tottenhem” – “Tvente” : 4-1 ( “Tottenhem”də Roman Pavlyuçenko 2 penalti zərbəsini dəqiq yerinə yetirib, Rafael Van der Vart isə 1 penaltini qaçırıb)
“Hapoel” – “Olimpik” Lion : 1-3 (“Hapoel”in futbolçusu Enyeama, “Lion”da isə Bastos hərəyə 1 penalti zərbəsini qola çevirib)
“Rubin” – “Barselona” : 1-1 (“Rubin”li Noboa, “Barcelona”dan isə David Vilya penaltidən fərqlənib)
“Bazel” – “Bavariya” : 1-2 (“Bavariya”dan Bastian Şvaynştayger təyin edilmiş 1 penalti zərbəsini qola çevirib)
“Çelsi” – “Olimpik” Marsel : 2-0 (“Çelsi”nin hücumçusu Anelka təyin edilmiş 1 penalti zərbəsini dəqiq yerinə yetirib)
“Braqa” – “Şaxtyor” : 0-3 (“Şaxtyor”dan Kosta təyin edilmiş 1 penalti zərəsini qola çevirib)
“Partizan” – “Arsenal” : 1-3 (“Partizan”dan Kleo təyin edilmiş 1 penalti zərbəsini dəqiq yerinə yetirsə də, 1-dən yararlana bilməyib. “Arsenal”dan Andrey Arşavin də 1 penaltini qola çevirə bilməyib)
"Milli sanki meydana heç çıxmamışdı"
Keyn 78 illik rekordu təkrarladı
Argentina ilə oyuna çıxa bilməyəcəklər?
“Turan Tovuz” “Fənərbaxça”ya məğlub oldu
İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi
“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz qərar
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Hücum xəttində problemlərimiz var” - Rəşad Sadıqov
“Turan Tovuz” “Fənərbaxça” ilə matça bu heyətlə çıxır
Rəşad Sadıqov Lixtenşteynlə matçdan danışdı - Video
"Borussiya" "Sabah"la oyun öncəsi futbolçusu üçün narahatdır
"Qarabağ" "Zirə"yə qalib gəldi
"İmişli" "Şəfa" ilə heç-heçə etdi
“Qəbələ” Yaponiya millisinə uduzdu
“Qaradağ Lökbatan” və “Şəmkir”dən böyükhesablı qələbə
Çempionlar Liqası matçını buraxa bilər
Messi yeni klubunun qələbəsini belə qeyd etdi - Şəkil
A Seriyasında ayın ən yaxşısı oldu
"Sabah"dan ayrıldı, Kosovo klubuna keçdi
"Qəbələ" albaniyalı futbolçu transfer etdi
Rafinya yenə La Liqanın ən yaxşısı seçildi
Kukurelya: "Qızıl top"da özümə səs verərdim"
Ukrayna millisinin antirekordu
Hansı oyun hansı kanalda?
Azərbaycan gimnastları 6 medal qazandılar
Rüfət Abbasov: “Sabah biz qalib gəlməliyik”
İlham Əliyev federasiya prezidentini təltif etdi
Məhkəmə Mbappenin iddiasını rədd etdi
Van Bommel Türkiyə üzərində qələbədən danışdı
Türkiyə millisinin ardıcıl üçüncü məğlubiyyəti - Video
Montelladan istefa sualına cavab
“Qarabağ”ın qapıçısı İsveçlə matçı kənardan izlədi