Rövnəq Abdullayev: «Bakı», «Neftçi», «İnter» və «Xəzər-Lənkəran» uşaq futboluna xüsusi diqqət yetirir»

XƏBƏR 4 Fevral 2009 / 13:47 2898
-  A +

AFFA prezidenti Rövnəq Abdullayev klub rəhbərləri ilə bugünkü görüşdə uşaq futbolunun vəziyyətini də müzakirə etdiklərini söyləyib. Qol.Az-ın məlumatına görə, R.Abdullayev bir neçə klubun uşaq futboluna xüsusi diqqət yetirdiyini bildirib. O, bu zaman «Bakı», «Neftçi», «İnter» və «Xəzər-Lənkəran»ın adını çəkib.
R.Abdullayev müzakirələr zamanı milli komandayla bağlı da müzakirələrin getdiyini deyib. Milli komandada müəyyən irəliləyişlərin olduğunu deyən AFFA prezidenti komandada gənclərə üstünlük verildiyini xatırladıb.


Qarabağ FK
Son xəbərlər
topaz banner