Bu gün Azərbaycanın futzal üzrə son çempionu “Araz” UEFA kubokunun əsas seçmə mərhələsində yer aldığı 3-cü qrup çərçivəsində növbəti oyununu keçirib. Qol.Az-ın məlumatına görə, Naxçıvan klubu Rumıniyada keçirilən qrup mərhələsinin ikinci matçında Latviyanın “Nikars” klubu ilə münasibətlərinə aydınlıq gətirib.
Joze Alessio da Silvanın komandası bu dəfəki matça yenik durumda başlayıb. Lakin elə həmin dəqiqədə təmsilçimiz hesabı bərabərləşdirməyi bacarıb. Futzalçılarımız hətta hesabda önə keçməyə nail olsa da, rəqib yenidən hesabı bərabərləşdirib. Lakin “Araz” ilk yarını 3:2 hesablı üstünlüklə bitirib. Fasilədən sonra isə rəqibinə heç bir şans verməyən komandamız daha 4 qol vurmaqla, növbəti qələbəsini qazanıb – 7:2. Bu qələbə sayəsində təmsilçimiz artıq növbəti mərhələyə vəsiqəni təmin edə bilər. Lakin bunun üçün bu gün qrupumuzda keçirilən digər oyunun nəticəsindən də çox şey asılıdır. Qeyd edək ki, ilk turda “Nikars”a 7:1 hesabıyla qalib gələn meydan sahibi “Marqu Mureş” “Sportinq Finqal”la matçda xal itirsə, komandamızın növbəti mərhələyə çıxması problem olmayacaq. “Araz”ın ilk oyunda İrlandiyanın “Sportinq Finqal” klubu üzərində də qələbə (7:4) qazandığını nəzərə alsaq, deməli bu vəzifənin öhdəsindən gəldiklərini demək olar.
Son turda qrup qalibi olmaq uğrunda “Araz” “Marqu Mureş”lə qarşılaşacaq. Bu oyun oktyabrın 1-də keçiriləcək.
“Nikars” (İrlandiya) – “Araz” (Azərbaycan) – 2:7
Qollar: Seleznyov, 2; 12 – Vitali Borisov, 2; 4; 32. Anderson, 17; 27. Lusiano, 25; 31.
"Milli sanki meydana heç çıxmamışdı"
Keyn 78 illik rekordu təkrarladı
Argentina ilə oyuna çıxa bilməyəcəklər?
“Turan Tovuz” “Fənərbaxça”ya məğlub oldu
İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi
“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz qərar
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Hücum xəttində problemlərimiz var” - Rəşad Sadıqov
“Turan Tovuz” “Fənərbaxça” ilə matça bu heyətlə çıxır
Rəşad Sadıqov Lixtenşteynlə matçdan danışdı - Video
"Borussiya" "Sabah"la oyun öncəsi futbolçusu üçün narahatdır
"Qarabağ" "Zirə"yə qalib gəldi
"İmişli" "Şəfa" ilə heç-heçə etdi
“Qəbələ” Yaponiya millisinə uduzdu
“Qaradağ Lökbatan” və “Şəmkir”dən böyükhesablı qələbə
Çempionlar Liqası matçını buraxa bilər
Messi yeni klubunun qələbəsini belə qeyd etdi - Şəkil
A Seriyasında ayın ən yaxşısı oldu
"Sabah"dan ayrıldı, Kosovo klubuna keçdi
"Qəbələ" albaniyalı futbolçu transfer etdi
Rafinya yenə La Liqanın ən yaxşısı seçildi
Kukurelya: "Qızıl top"da özümə səs verərdim"
Ukrayna millisinin antirekordu
Hansı oyun hansı kanalda?
Azərbaycan gimnastları 6 medal qazandılar
Rüfət Abbasov: “Sabah biz qalib gəlməliyik”
İlham Əliyev federasiya prezidentini təltif etdi
Məhkəmə Mbappenin iddiasını rədd etdi
Van Bommel Türkiyə üzərində qələbədən danışdı
Türkiyə millisinin ardıcıl üçüncü məğlubiyyəti - Video
Montelladan istefa sualına cavab