“Sportinq Finqal” “Araz”ın baş məşqçisini təəccübləndirib

“Sportinq Finqal” “Araz”ın baş məşqçisini təəccübləndirib
XƏBƏR 29 Sentyabr 2010 / 18:16 2584
-  A +

UEFA kubokunun seçmə mərhələsi çərçivəsində dünən ilk oyununa çıxan Naxçıvanın “Araz” klubunun braziliyalı baş məşqçisi Joze Alesio da Silva qarşılaşmadan sonra maraqlı açıqlamalar verib. Qol.Az-ın məlumatına görə, Alesio rəqibin oyunundan hədsiz dərəcədə təəccüblənib: “Biz “Sportinq Finqal” komandasından belə oyun gözləmirdik. Onlar birinci hissədə üstün futbol oynadılar. Lakin futbolçularım kifayət qədər təcrübəyə malik olduqları üçün sensasiyaya imkan vermədilər. Nəticədə “Araz” oyundan 7-4 hesabı ilə qalib ayrıldı. İndiki halda isə bütün diqqətimiz qarşıdakı oyunlara yönəlib”.


Dünya Çempionatı 2026
Son xəbərlər
16.07.26  12:19

Tarixdə ilk

topaz banner