“2012-ci ildə qızlar arasında dünya çempionatının Azərbaycanda keçirilməsi çox ağıllı bir addımdır. Gözəl bir iş gördünüz. Çünki böyük yarışları keçirməyə namizəd olmaq üçün kiçik yarışlardan, gənclər çempionatlarından başlamaq lazımdır. Qadınların yarışını keçirmək daha yaxşı addımdır. Çünki FİFA və UEFA-da yaş limitini 17-yə qədər endirdik. Azərbaycanda dünya çempionatının keçirilməsi daha gözəl addımdır. Gözəl bir yarışa namizəd oldunuz və qazandınız. İnanıram ki, dünya çempionatının təşkilatçılığını gözəl edəcəksiniz. Bu sahədə peşəkar insanlar çalışacaq. Həm FİFA-ya, həm də dünyaya mesaj verəcəksiniz ki, biz gələcəkdə də bu cür yarışları təşkil edə bilərik. Bu işdə sizə uğurlar arzulayıram”. Qol.Az-ın məlumatına görə, bu sözləri AFFA-nın rəsmi saytına müsahibəsində UEFA-nın birinci vitse-prezidenti Şenez Erzik deyib.
Bu yaxınlarda ölkəmizdə qonaq olan türkiyəli UEFA rəsmisi belə önəmli hadisəyə yalnız qadınların çempionatı kimi baxmamağı tövsiyyə edib: “Bu gələcək üçün önəmlidir. Yəni "biz hər cür təşkilatçılığı edərik" deyəcəksiniz. Mən Türkiyədə qadın futbol liqasını yaradan adamam. O vaxta qədər çempionat yox idi. Mən gələndən sonra - 1989-90-cı illərdə İstanbul və ətraf əraziləri əhatə edən qadınlar arasında çempionat yaratdıq. Sonsorlar tapdıq və onlar böyük dəstək verdilər. Mən qadın futbolunun məktəblərdən başlamasını istəyirəm və bunun doğru olduğuna inanıram. Çünki qadınlar bəlli bir yaşa gəldikdən sonra, evləndikdən, universiteti bitirdikdən, ana olduqdan sonra başqa məsuliyyətləri üzərlərinə götürürlər. Bu zaman isə yetərincə vaxtları olmadığından uğur qazana bilmirlər. Amma futbola məktəblərdə başlasalar daha çox uğur qazanarlar. Artıq təcrübə mənim bu fikirlərimi təsdiqləyib. Daha öncə qeyd etdiyimiz kimi artıq 17 yaşlılar arasında dünya çempionatı keçirilir. Sinqapurda keçirilən yeniyetmələrin birinci Yay Olimpiya Oyunlarında hətta müxtəlif qitələrdən olan 15 yaşlı qızlar da iştirak etdi. Avropanı Türkiyə təmsil etdi. Türk qızları 3-cü oldu. Demək ki, mənim fikirlərim doğru çıxdı. Onları daha kiçik yaşlarında futbola gətirmək lazımdır. Məndən sonrakı federasiyalar dövründə qadın futbolunda müəyyən fasilələr oldu. Amma artıq bir neçə ildir ki, qadın futbol liqası keçirilir. Futbol oynamaq istəyən oynayar. Bu gün Türkiyənin qadın boksçuları, atletləri davamlı olaraq dünya çempionatlarında qızıl medallar qazanır. Futbol bir kollektiv oyundur. Niyə qadınlar oynamasın? İdmanda ayrı-seçkilik olmamalıdır”.
"Milli sanki meydana heç çıxmamışdı"
Keyn 78 illik rekordu təkrarladı
Argentina ilə oyuna çıxa bilməyəcəklər?
“Turan Tovuz” “Fənərbaxça”ya məğlub oldu
İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi
“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz qərar
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Hücum xəttində problemlərimiz var” - Rəşad Sadıqov
“Turan Tovuz” “Fənərbaxça” ilə matça bu heyətlə çıxır
Rəşad Sadıqov Lixtenşteynlə matçdan danışdı - Video
"Borussiya" "Sabah"la oyun öncəsi futbolçusu üçün narahatdır
"Qarabağ" "Zirə"yə qalib gəldi
"İmişli" "Şəfa" ilə heç-heçə etdi
“Qəbələ” Yaponiya millisinə uduzdu
“Qaradağ Lökbatan” və “Şəmkir”dən böyükhesablı qələbə
Çempionlar Liqası matçını buraxa bilər
Messi yeni klubunun qələbəsini belə qeyd etdi - Şəkil
A Seriyasında ayın ən yaxşısı oldu
"Sabah"dan ayrıldı, Kosovo klubuna keçdi
"Qəbələ" albaniyalı futbolçu transfer etdi
Rafinya yenə La Liqanın ən yaxşısı seçildi
Kukurelya: "Qızıl top"da özümə səs verərdim"
Ukrayna millisinin antirekordu
Hansı oyun hansı kanalda?
Azərbaycan gimnastları 6 medal qazandılar
Rüfət Abbasov: “Sabah biz qalib gəlməliyik”
İlham Əliyev federasiya prezidentini təltif etdi
Məhkəmə Mbappenin iddiasını rədd etdi
Van Bommel Türkiyə üzərində qələbədən danışdı
Türkiyə millisinin ardıcıl üçüncü məğlubiyyəti - Video
Montelladan istefa sualına cavab