"Neftçi" Veteranlar Klubunun baş katibi, hakim-inspektor Orucəli Durmuşov 65 yaşını qeyd edib. Qol.Az-ın “Neftçi”nin rəsmi saytına istinadən məlumatına görə, yubilyar xarici səfərdə olduğundan, paytaxt klubu onu təbrik edə bilməmişdi. Futbol veteranlarına daim qayğı və diqqət göstərən klub rəhbərliyi səfərdən dönmüş Orucəli Durmuşovu bu gün klubun bazasına dəvət edib. Yubilyara "Neftçi"nin 65 nömrəli futbol köynəyi və pul mükafatı təqdim edilib. "Mənə göstərilən diqqətə görə başda "Neftçi" PFK-nın prezidenti Sadıq Sadıqov olmaqla klub rəhbərliyinə dərin təşəkkürümü bildirirəm. Flaqmanın rəhbərliyi həmişə veteranlara qayğı göstərir. Avropa Tələbələr Futbol Federasiyasının növbəti konfransında iştirak etmək üçün Rusiyanın Sankt-Peterburq şəhərinə yollanmışdım. Sevinirəm ki, ardıcıl ikinci dəfə federasiyanın vitse-prezidenti seçildim" deyə Orucəli Durmuşov bildirib.
Qeyd edək ki, 11 yaşından etibarən futbolun sirlərini öyrənməyə başlayan yubilyar sonradan paytaxtın "Kompressor", "Neft Daşları", "Dərbənd", "Üzümçü" və Voronejin "Fakel" komandalarında oynayıb. Onun məşqçilik karyerası daha uğurlu alınıb. Futbolçu karyerasını bitirdikdən sonra "Suraxanılı" komandasında məşqçi, "Toxucu" klubunda isə baş məşqçi vəzifəsində işləyən Durmuşov bir sıra uğurlar əldə edib. O, "Toxucu"ya öncə Bakı, 1982-ci ildə isə respublika çempionu titulunu qazandırıb.
1976-cı ildə respublika dərəcəli hakim adına layiq görülən Orucəli Durmuşov 15 il ərzində SSRİ çempionatı və kuboku çərçivəsində 424 oyuna çıxıb, həmçinin 18 beynəlxalq görüşdə iştirak edib. Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra da ona bir sıra önəmli qarşılaşmalar tapşırılıb. 1993-cü ildə Azərbaycan kubokunun final matçının baş hakimi olan Durmuşov "Neftçi" klubunun da 10 oyununu idarə edib.
Müxtəlif vaxtlarda AFFA-da məsul vəzifələrdə çalışan Orucəli Durmuşova 1990-cı ildə Azərbaycanın "Fəxri bədən tərbiyəçisi və idman işçisi" adı verilib.
"Milli sanki meydana heç çıxmamışdı"
Keyn 78 illik rekordu təkrarladı
Argentina ilə oyuna çıxa bilməyəcəklər?
“Turan Tovuz” “Fənərbaxça”ya məğlub oldu
İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi
“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz qərar
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Hücum xəttində problemlərimiz var” - Rəşad Sadıqov
“Turan Tovuz” “Fənərbaxça” ilə matça bu heyətlə çıxır
Rəşad Sadıqov Lixtenşteynlə matçdan danışdı - Video
"Borussiya" "Sabah"la oyun öncəsi futbolçusu üçün narahatdır
"Qarabağ" "Zirə"yə qalib gəldi
"İmişli" "Şəfa" ilə heç-heçə etdi
“Qəbələ” Yaponiya millisinə uduzdu
“Qaradağ Lökbatan” və “Şəmkir”dən böyükhesablı qələbə
Çempionlar Liqası matçını buraxa bilər
Messi yeni klubunun qələbəsini belə qeyd etdi - Şəkil
A Seriyasında ayın ən yaxşısı oldu
"Sabah"dan ayrıldı, Kosovo klubuna keçdi
"Qəbələ" albaniyalı futbolçu transfer etdi
Rafinya yenə La Liqanın ən yaxşısı seçildi
Kukurelya: "Qızıl top"da özümə səs verərdim"
Ukrayna millisinin antirekordu
Hansı oyun hansı kanalda?
Azərbaycan gimnastları 6 medal qazandılar
Rüfət Abbasov: “Sabah biz qalib gəlməliyik”
İlham Əliyev federasiya prezidentini təltif etdi
Məhkəmə Mbappenin iddiasını rədd etdi
Van Bommel Türkiyə üzərində qələbədən danışdı
Türkiyə millisinin ardıcıl üçüncü məğlubiyyəti - Video
Montelladan istefa sualına cavab