Bu gün keçirilən AFFA İntizam Komitəsinin iclasında birinci divizion komandaları arasında təşkil olunan ölkə çempionatının son turunda baş verən olaylara da hüquqi qiymət verilib. Qol.Az-ın məlumatına görə, aparılan müzakirələrdən sonra aşağıdakı qərarlar çıxarılıb:
“Rəvan” – “Şahdağ” matçının 71-ci dəqiqəsində “Rəvan”ın futbolçusu Ramin Tanrıverdiyevlə “Şahdağ”ın futbolçusu Abdul Zilpokarov bir-birini təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldıqları üçün futbolçular 3 oyunluq cəzalanıb, hər iki klub 200 manat cərimə olunub. Oyunun 90-cı dəqiqəsində “Rəvan”ın baş məşqçisi Vladislav Qədirov hakimi təhqir etdiyinə görə texniki zonadan kənarlaşdırıldığı üçün 5 oyunluq cəzalanıb, klubu 500 manat cərimə olunub.
“Ədliyyə” – “Şəmkir” matçında “Ədliyyə”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 100 manat cərimə olunub. Oyunun 74-cü dəqiqəsində “Şəmkir”in futbolçusu Əli İsmayılov rəqibini tutduğuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 20 manat cərimə olunub.
“Neftçi” İSM – “Şuşa” matçında yanğınsöndürmə maşını olmadığı üçün meydan sahibi klub – 100 manat cərimə olunub. “Bakılı” – “Abşeron” matçında yanğınsöndürmə maşını olmadığı üçün meydan sahibi klub – 100 manat cərimə olunub.
“Energetik” – “Karvan” matçının 80-ci dəqiqəsində “Energetik”in futbolçusu Samir Məmmədov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldıqdan sonra hakimi təhqir etdiyi üçün 4 oyunluq cəzalanıb, klubu 400 manat cərimə olunub. Oyunun 90+1-ci dəqiqəsində “Energetik”in futbolçusu Pərvin Mədətov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 20 manat cərimə olunub.
"Milli sanki meydana heç çıxmamışdı"
Keyn 78 illik rekordu təkrarladı
Argentina ilə oyuna çıxa bilməyəcəklər?
“Turan Tovuz” “Fənərbaxça”ya məğlub oldu
İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi
“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz qərar
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Hücum xəttində problemlərimiz var” - Rəşad Sadıqov
“Turan Tovuz” “Fənərbaxça” ilə matça bu heyətlə çıxır
Rəşad Sadıqov Lixtenşteynlə matçdan danışdı - Video
"Borussiya" "Sabah"la oyun öncəsi futbolçusu üçün narahatdır
"Qarabağ" "Zirə"yə qalib gəldi
"İmişli" "Şəfa" ilə heç-heçə etdi
“Qəbələ” Yaponiya millisinə uduzdu
“Qaradağ Lökbatan” və “Şəmkir”dən böyükhesablı qələbə
Çempionlar Liqası matçını buraxa bilər
Messi yeni klubunun qələbəsini belə qeyd etdi - Şəkil
A Seriyasında ayın ən yaxşısı oldu
"Sabah"dan ayrıldı, Kosovo klubuna keçdi
"Qəbələ" albaniyalı futbolçu transfer etdi
Rafinya yenə La Liqanın ən yaxşısı seçildi
Kukurelya: "Qızıl top"da özümə səs verərdim"
Ukrayna millisinin antirekordu
Hansı oyun hansı kanalda?
Azərbaycan gimnastları 6 medal qazandılar
Rüfət Abbasov: “Sabah biz qalib gəlməliyik”
İlham Əliyev federasiya prezidentini təltif etdi
Məhkəmə Mbappenin iddiasını rədd etdi
Van Bommel Türkiyə üzərində qələbədən danışdı
Türkiyə millisinin ardıcıl üçüncü məğlubiyyəti - Video
Montelladan istefa sualına cavab