AÇ-2012-nin seçmə mərhələsində millimizlə birgə A qrupunda yer alan Türkiyə millisinin baş məşqçisi Quus Hiddinklə “Qalatasaray” rəhbərliyi arasında gərginlik yaranıb. Qol.Az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, buna səbəb “sarı-qırmızılar”ın 3 aparıcı futblçusu – Arda Turan, Hakan Balta və Səbri Sarıoğlunun tam sağalmamasına rəğmən, Hiddink tərəfindən iki gün sonra açıqlanacaq heyətə salınmasıdır. Məlum olduğu kimi, türklər oktyabrın 8-də Almaniya, 12-də isə millimizlə qarşılaşmalıdır. Hollandiyalı mütəxəssis də hər 3 “Qalatasaray”lını millinin düşərgəsində görmək istəyir. Lakin “Cim Bom” rəhbərliyi yığmanın çalışdırıcısının bu dəvətinə heç də müsbət yanaşmır.
Qeyd edək ki, “Qalatasaray”la milli rəhbərliyi arasında oxşar gərginlik Türkiyənin Qazaxıstan və Belçika matçları öncəsində də yaranmışdı. O dövrdə də oyunçularının tam yaxşılaşmamasına rəğmən, heyətə cəlb olunmasına etiraz edən “sarı-qırmızılar”ın mövqeyi nəzərə alınmamışdı. Həm klub prezidenti Adnan Polat, həm də baş məşqçi Frank Raykaard Səbri ilə Hakanın zədəli-zədəli milliyə çağırılmasına etiraz edərkən, Belçika ilə qarşılaşmada Arda da ciddi zədə alaraq, onların səbr kasasını daha da daşırmışdı. İndi yenə də eyni vəziyyətlə üzləşən klub rəhbərliyi bu futbolçuların heç komandada oynamaq iqtidarında olduğunu iddia etsə də, millinin oyunlarınadək sağalmaq şanslarının olması Hiddinkin bu söhbətlərə əhəmiyyət verməməsində başlıca rol oynayır. Böyük ehtimalla hollandiyalı mütəxəssis hər 3 futbolçunu Almaniya və millimizlə oyun üçün heyətə qatacaq.
Maraqlıdır ki, Hiddinklə oxşar problem “Fənərbaxça” arasında da var. “Sarı-lacivərdlilər” isə Semih Şəntürkün zədəsini tam sağaltmadan milliyə çağırılmasını istəmir. Millinin çalışdırıcısı isə onu da öz siyahısına salmağa hazırlaşır.
"Milli sanki meydana heç çıxmamışdı"
Keyn 78 illik rekordu təkrarladı
Argentina ilə oyuna çıxa bilməyəcəklər?
“Turan Tovuz” “Fənərbaxça”ya məğlub oldu
İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi
“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz qərar
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Hücum xəttində problemlərimiz var” - Rəşad Sadıqov
“Turan Tovuz” “Fənərbaxça” ilə matça bu heyətlə çıxır
Rəşad Sadıqov Lixtenşteynlə matçdan danışdı - Video
"Borussiya" "Sabah"la oyun öncəsi futbolçusu üçün narahatdır
"Qarabağ" "Zirə"yə qalib gəldi
"İmişli" "Şəfa" ilə heç-heçə etdi
“Qəbələ” Yaponiya millisinə uduzdu
“Qaradağ Lökbatan” və “Şəmkir”dən böyükhesablı qələbə
Çempionlar Liqası matçını buraxa bilər
Messi yeni klubunun qələbəsini belə qeyd etdi - Şəkil
A Seriyasında ayın ən yaxşısı oldu
"Sabah"dan ayrıldı, Kosovo klubuna keçdi
"Qəbələ" albaniyalı futbolçu transfer etdi
Rafinya yenə La Liqanın ən yaxşısı seçildi
Kukurelya: "Qızıl top"da özümə səs verərdim"
Ukrayna millisinin antirekordu
Hansı oyun hansı kanalda?
Azərbaycan gimnastları 6 medal qazandılar
Rüfət Abbasov: “Sabah biz qalib gəlməliyik”
İlham Əliyev federasiya prezidentini təltif etdi
Məhkəmə Mbappenin iddiasını rədd etdi
Van Bommel Türkiyə üzərində qələbədən danışdı
Türkiyə millisinin ardıcıl üçüncü məğlubiyyəti - Video
Montelladan istefa sualına cavab