Futzal üzrə UEFA kubokunun əsas seçmə mərhələsində ölkəmizi təmsil edən son Azərbaycan çempionu “Araz” bu gün ilk oyununa çıxıb. Qol.Az-ın məlumatına görə, Naxçıvan klubunun yer aldığı və Rumıniyada keçirilən 3-cü qrupun açılış oyununda İrlandiya təmsilçisi “Sportinq Finqal”la münasibətlərinə aydınlıq gətirib. Bakı vaxtı ilə saat 19:00-da başlayan qarşılaşmada təmsilçimiz çətinliklə də olsa, qələbə qazana bilib.
Oyunda hesabı komandamız açsa da, ilk yarının tamamına kimi, irlandlar nəinki buraxdıqları iki qolun əvəzini çıxmağa, hətta hesabda önə keçməyə də nail olublar – 2:3. Maraqlıdır ki, fasilədən sonra daha bir qol vurmağa nail olan “Sportinq Finqal”ın nə dərəcədə ciddi rəqib olduğunu, oyundan öncə favorit göstərilən təmsilçimiz məhz bundan sonra anlayıb. Nəticədə Joze Alessio da Silvanın komandası ardıcıl 5 dəfə rəqib qapısını silkələməklə, ilk oyununda vacib qələbəni təmin edib. Oyunun 25-ci dəqiqəsində Rizvan Fərzəliyevin baş hakim tərəfindən sarı vərəqə aldığını da qeyd edək.
Xatırladaq ki, Joze Alessio da Silvanın baş məşqçisi olduğu “Araz”ın digər rəqibləri Latviya çempionu “Nikars”la Rumıniyanın “Targu Mureş” klublarıdır. Təmsilçimiz ikinci oyununu sabah - sentyabrın 29-da “Nikars”a, son matçını isə oktyabrın 1-də “Targu Mureş”ə qarşı keçirəcək. 3-cü qrupun bu gün keçiriləcək digər oyununda isə Rumıniya və Latviya çempionları öz aralarındakı münasibətlərə aydınlıq gətirəcəklər.
UEFA kuboku, əsas seçmə mərhələ
3-cü qrup
“Araz” (Azərbaycan) – “Sportinq Finqal” (İrlandiya) - 7:4
Qollar: Duşkeviç, 1; Anderson, 7, 34; Lusiano, 30; Felipe, 34; Vitali Borisov, 35; Eder, 37 - Langtri, 13; Huqo Sezar, 18, 24; Rodriqo de Melo, 19.
"Milli sanki meydana heç çıxmamışdı"
Keyn 78 illik rekordu təkrarladı
Argentina ilə oyuna çıxa bilməyəcəklər?
“Turan Tovuz” “Fənərbaxça”ya məğlub oldu
İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi
“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz qərar
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Hücum xəttində problemlərimiz var” - Rəşad Sadıqov
“Turan Tovuz” “Fənərbaxça” ilə matça bu heyətlə çıxır
Rəşad Sadıqov Lixtenşteynlə matçdan danışdı - Video
"Borussiya" "Sabah"la oyun öncəsi futbolçusu üçün narahatdır
"Qarabağ" "Zirə"yə qalib gəldi
"İmişli" "Şəfa" ilə heç-heçə etdi
“Qəbələ” Yaponiya millisinə uduzdu
“Qaradağ Lökbatan” və “Şəmkir”dən böyükhesablı qələbə
Çempionlar Liqası matçını buraxa bilər
Messi yeni klubunun qələbəsini belə qeyd etdi - Şəkil
A Seriyasında ayın ən yaxşısı oldu
"Sabah"dan ayrıldı, Kosovo klubuna keçdi
"Qəbələ" albaniyalı futbolçu transfer etdi
Rafinya yenə La Liqanın ən yaxşısı seçildi
Kukurelya: "Qızıl top"da özümə səs verərdim"
Ukrayna millisinin antirekordu
Hansı oyun hansı kanalda?
Azərbaycan gimnastları 6 medal qazandılar
Rüfət Abbasov: “Sabah biz qalib gəlməliyik”
İlham Əliyev federasiya prezidentini təltif etdi
Məhkəmə Mbappenin iddiasını rədd etdi
Van Bommel Türkiyə üzərində qələbədən danışdı
Türkiyə millisinin ardıcıl üçüncü məğlubiyyəti - Video
Montelladan istefa sualına cavab